Ordumuz Dağlıq Qarabağda: Qabil Abbasoğludan ilk xoş mesaj
15:10
Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər.
“Musavat.com”u bilgiləndirən qaynaq Silahlı
Qüvvələrimizin 4 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı
olaraq belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe
irəliləməsi…”
Bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları
dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq.
Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan
Azərbaycan jurnalistləri də bu barədə hələlik heç bir konkret açıqlama
vermirlər. Onlardan biri isə özünün Feysbuk səhifəsində bunları yazıb:
“Yovşan ətri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada… Qürur duydum! Hər şey əla olacaq!”
Xatırladaq ki, ötən gün də sosial şəbəkələrə istinadla bəzi xəbər
saytları Ağdam-Füzuli istiqamətində xoş xəbərlər olduğu barədə
təsdiqlənməmiş məlumat yaymışdılar.
15:40
Feysbuk sosial şəbəkəsində Qabil Abbasoğlunun paylaşdığı status çox
ciddi şəkildə müzakirə olunur. Tanınmış jurnalist bu statusu paylaşıb:
“Rəsmi, inzibati baxımdan Dağlıq Qarabağın ərazisindəyəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10607