İŞİD yezidi kürdlərə şərt kəsdi

06.08.2014 - 00:16

İraqda “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatından qaçan minlərlə yezidi kürdü müqəddəs məbədi sayılan Duhokdakı Laleşə sığınıb.Bu barədə “Anadolu” xəbər agentliyinə yezidi kürdlərin ruhani lideri Baba Şeyx bildirib.Baba Şeyx İŞİD-in onlara “ya müsəlman olun, ya da ölün” deyərək təhdid etdiyini söyləyib.
Şeyxin sözlərinə görə, İŞİD qərar vermək üçün onlara biir neçə saat vaxt verib və bu müddətdə bölgəni tərk etmək mümkün olub.Ruhani lider hazırda 30 minə qədər yezidi kürdün Sincar dağında qaldığını söyləyib. Təxminən 45 uşağın susuzluqdan öldüyünü deyən Baba Şeyx qaçırılan 50 qadının da Telafər hava limanında saxlanıldığını ifadə edib.Yezidi kürdlər daha çox İraqın Mosul və Duhok vilayətlərində yaşayır. İraqda onların sayı 500 minə yaxındır. Son dövrdə onların bir qismi müxtəlif hücumlara məruz qaldığı üçün Avropa ölkələrinə köçüb.Tarixi və dini qaynaqa görə, yezidilik atəş, günəş və suyun müqəddəs sayıldığı bir inanc şəklidir. Bir yezidin başqa bir dinə qəbul etməsi ən böyük günah sayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=10609

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31