22 ildən sonra ilk könüllü batalyon yaradılır
150-dən artıq Goranboy sakini könüllü olaraq cəbhəyə getmək üçün Müdafiə Nazirliyinə müraciət edib.Rayon sakini Ülvi Əsgərovun axar.az əməkdaşına verdiyi xəbərə görə, könüllülər batalyon yaradaraq ön cəbhədə vuruşmaq fikrindədir: “Müraciət bu gün olunub. Müraciət edənlərin sayı 150 nəfərdən çoxdur. Hamısı ön cəbhəyə gedərək döyüşmək istəyir. Sabahdan müraciət edənlərin sayının artması gözlənilir”.Qeyd edək ki, bir neçə gündür ki, cəbhədə gərginlik səngimək bilmir. Ermənilərin cəbhəyanı kəndləri və mülki əhalini atəşə tutması dayanmır və azərbaycanlılar da bunun adekvat cavabının verilməsini istəyirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=10613