Moskva Bakı ilə 2 rayon bazarlığına gedir?

06.08.2014 - 01:23

“Rusiyanin təzyiqi ilə erməni tərəfi bir-iki
rayonu azad etmək məcburiyyətinə salınıb”

 

Bir neçə saatdır sosial şəbəkələrdə cəbhədən hansısa xoş xəbərlərin
olduğu barədə ümumi məlumatlar paylaşılır. Təfərrüat verilməsə də, belə
başa düşülür ki, Azərbaycan Ordusu müəyyən əraziləri geri qaytarıb.
Lakin hamı qeyd edir ki, rəsmi məlumatın açıqlanmasını gözləyir. Amma ələqə yaratdığımız hərbi mənbələri cəbhə bölgəsində mühüm dəyişikliyin olması xəbərindən məlumatsız olduqlarını bildirirlər.

Bu dəqiqələrdə hərbi ekspert Cəsur Sümərinli də bu məlumatı təsdiq
edən status paylaşıb. Lakin o, diplomatik mənbələrə istinadla
sensasiyalı bir anons da verib.

Hərbi ekspert yazır: “Bir daha qeyd edirəm: Hərbi mənbələr qosunların
təmas xəttində hər hansı dəyişikliyin olmadığını bildirirlər. Bu gun
3-4 hərbi mənbə ilə əlaqə saxladım. Hamısı da eyni fikirdədir: hər hansı
dəyişiklik yoxdur. Amma… bu dəqiqələrdə diplomatik mənbələrdən aldığım
məlumata gorə, mümkündur ki, Rusiyanin təzyiqi ilə erməni tərəfi bir-iki
rayonu azad etmək məcburiyyətinə salınıb. Bu informasiya yaxin
zamanlarda rəsmi Bakı tərəfindən təmtəraqla acıqlana bilər… Bir qədər
gozləyək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31