Ərdoğan erməniləri təhqir etdi, CHP məhkəməyə verdi
Türkiyədə keçiriləcək prezident seçkisinin ən favorit namizədi Rəcəb
Tayyib Ərdoğan “NTV”də tanınmış jurnalist Oğuz Hakseverin aparıcılıq
etdiyi “Namizədlər danışır” proqramında qonaq olub. ANS PRESS-in
xəbərinə görə, Ərdoğan proqramda ölkədəki məzhəb qarşıdurmalarından və
ertnik mübahisələrdən danışıb. Özü barədə də bu cür iddialar irəli
sürüldüyünü deyən Ərdoğan türk oğlu türk olduğunu vurğulayıb. “Mənim üçün gürcüdür dedilər. Hətta çox daha çirkin şeylər deyənlər də
oldu, ermənidir dedilər. Mənim atamdan, babamdan eşitdiyim bir şey var:
Türk oğlu türkəm!”
müzakirə mövzusu olub. Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının (CHP)
Kocaelidən olan millət vəkili Xurşid Günəş bu ifadə tərzinə görə,
Ərdoğanı məhkəməyə verməyə hazırlaşır. Günəş, Ərdoğanın konstitusiyanın
10-cu, cinayət məcəlləsinin 122 və 216-cı maddələrini pozduğunu iddia
edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10624