"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik"

06.08.2014 - 08:11

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. Çempionatın ilk günündə mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz
günü 3 qızıl medalla başa vurub. İbrahim Nurullayev (50 kq), Elman
Muxtarov (60 kq) və Orxan Nuriyevin sayəsində (96 kq) ilk yarış günündə
Zaqrebdə himnimiz 3 dəfə səslənib.
Azərbaycan Güləş Federasiyasının verdiyi xəbərə görə, İbrahim Nurullayev (50 kq) və Elman
Muxtarovun (60 kq) qalibiyyəti isə, komandamıza ikiqat sevinc bəxş edib.
Çünki İbrahim Nurullayev ilk görüşündə, Elman Muxtarov isə final
qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb. Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz
qazanılan bu qələbəni son günlərdə Dağlıq Qarabağda baş verən hadisələr
zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyib: “Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə
düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni
rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş
Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab
İlham Əliyevin əsgərləriyik. Sabah Ali Baş Komandanın əmri ilə əldə
silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!”

Short URL: http://www.cumhuriyyet.net/?p=10627

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31