Ağdam sakini Yusifcanlı xəbərindən danışdı

06.08.2014 - 08:23

“Dünən atışma olub. Hətta bizim kəndə güllənin “pulyaları” da düşüb. Ancaq bu gün gecədən kənddə sakitlikdir və atışma olmayıb”.Bu sözləri axar.az-ın təmas xəttinə ezam olunmuş əməkdaşına Mirəşəlli kənd sakini Rəfael Ağayev deyib.
Kənd sakini ərazilərin geri qayıtması ilə bağlı yayılan məlumatların doğru olmadığını bildirib:”Kəndimiz təmas xəttinə ən yaxın məsafədə olan yerdir. Burdan ermənilərin postuna 250 metr məsafədir. Bayramlar kəndi erməni işğalındadır. Bizim kəndə çox yaxındır. Düşməndən azad edilsə xəbərimiz olardı.”Kənd sakini Yusifcanlı kəndinin işğaldan azad edilməsi ilə bağlı yayılan məlumatlardan da danışıb:”Yusifcanlı kəndi bizdən 45 km məsafədə yerləşir. Kəndi azad etsələr görməyə bilərik, Yusifcanlı bizdən uzaqda yerləşir. Kənd alınsaydı, xəbərimiz olmasa belə, bu cür xoş xəbər tez yayılardı”.
Xatırladaq ki, Ağdamın Yusifcanlı və Bayramlar kəndinin erməni işğalından azad edilməsi ilə bağlı ötən gün ölkə mediasında məlumatlar yayılıb.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10628

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31