Sutka ərzində cəbhədə silahlar susmayıb

06.08.2014 - 11:31

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 99 dəfə pozulub.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni
silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd
rayonunun Ayqedzor, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən
Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk
rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən
mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar.
İcevan rayonunun ərazisindəki
adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar, Noyemberyan
rayonunun Barekamavan, Dovex və Şavarşavan kəndlərində yerləşən
mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı,
Kəmərli, Fərəhli, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq
kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam
rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Füzuli
rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli,
Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl
Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub.
 
Düşmən cavab atəşi ilə susdurulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31