Qarabağ səmaları əlimizdədir

06.08.2014 - 18:28

Ermənistan kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi
üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas
xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatların heç bir
əsası yoxdur və bu məqsədyönlü dezinformasiya xarakteri daşıyır. 
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Məlumatda bildirilir ki, ölkəmizin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır: 
“Beynəlxalq qanunlar və Beynəlxalq Mülki Aviasiya Təşkilatının
qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara
qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış
uçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək.
Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi
Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verərdikdə
həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava
hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcəkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10647

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31