"Ermənistana sanksiyalar tətbiq etməyə çağırırıq"

06.08.2014 - 19:35

“Demokratik
Azərbaycan Naminə” gənclərin İctimai Birliyinin Ermənistanın ön cəbhədə
həyata keçirdiyi son təcavüzkarlıqla bağlı bəyənat verib. 

Bəyanatda deyilir:

Ermənistanın Azərbaycan Respublikasına qarşı  20 ildən artıq apardığı
işğalçılıq siyasətinin davamı kimi son günlər atəşkəs rejimini pozaraq
ön cəbhədəki mövqelərə hücumu nəticəsində ondan artıq əsgərimiz həyatını
itirib. Ermənistan ordusunun hücumu nəticəsində həmçinin Azərbaycanın
bölgədə yaşayan yüzminlərlə dinc, mülki vətəndaşının da həyatı təhlükə
ilə üz-üzə qalmıb. İndiyədək beynəlxalq vasitəçilərin münaqişənin həlli
üçün təqdim etdiyi bütün mümkün variantlardan hər vəchlə boyun qaçıran
rəsmi İrəvana qarşı hələdə dünyanın nümayiş etdirdiyi laqeydlik
Azərbaycan gəncləri olaraq bizdə hiddət doğurur. DANİB olaraq bəyan
edirik ki, yaranmış təhlükəli vəziyyət üçün bütün məsuliyyət
Ermənistanın üzərinə düşür.
Baş verən hadisələr
bir daha Azərbaycanın regional sabitliyin davamlı və etibarlı təminatı
üçün Ermənistanın separatçı, terrorizm siyasətini dayandırması və işğal
altında saxladığı Qarabağ və ətraf ərazilərdən çəkilməsinin vacibliyi
fikrinin nə qədər doğru olduğunu sübut edir. “Demokratik Azərbaycan
Naminə” gənclərin İctimai Birliyi dünyada sülhün təminatı üçün
məsuliyyət daşıyan beynəlxalq təşkilatları, ABŞ və Avropa İttifaqını,
BMT-ni Ermənistanın dinc qonşuluq prinsipinə uyğun gəlməyən işğalçı
dövlət siyasətini birmənalı şəkildə qınamağa və təcavüzkar siyasətdən
çəkindirmək üçün ona qarşı təsiredici gücə malik sanksiyalar tətbiq
etməyə çağırır

Short URL: http://www.cumhuriyyet.net/?p=10653

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31