Erməni bölmələri bütün cəbhə boyu atəş açmaqda davam edir
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 128 dəfə pozulub.
Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni
silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd
rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli
kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Dovex, İcevan
rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli və Qızılhacılı
kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Mərzili, Cəvahirli,
Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun
Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun
Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və
Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=10658