Bu il 68 hərbçi itirmişik

07.08.2014 - 10:42

Doktrina” Jurnalistlərin Hərbi
Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata
keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü
ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə
sektorunun itkiləri 68 nəfər təşkil edib. Bu barədə məlumat verən
“Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə
108 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki,
müvafiq dövrdə dünyalarını dəyişənlərin 24-ü  döyüş (erməni gülləsi),
3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara
görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş
vermiş gərginliklə bağlıdır.
10 – nəfər
avtoqəzadan,  1 – nəfər naməlum səbəbdən,  6 nəfər qeyri-nizamnamə
(qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma,
elektrik cərəyanı), 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər
intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 60-ı  Müdafiə
Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara
və xəsarət alanlara gəlincə (108 nəfər) C.Sümərinli bildirdi ki,
onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən
ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 25-i erməni gülləsindən (10
nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş
gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından,  3 nəfər qumbara
partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt
hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət
alıblar. 1 nəfər zəhərlənib. 93 nəfər Müdafiə Nazirliyinin hərbi
qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1
nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının
hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət
yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.
2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).

Short URL: http://www.cumhuriyyet.net/?p=10660

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31