Siçanlar təyyarəni endirdi

07.08.2014 - 10:48

Hindistan hava yollarında maraqlı hadisə yaşanıb

Hindistan hava yollarında maraqlı hadisə yaşanıb

ANS PRESS-in
məlumatına görə, Hindistanın adı açıqlanmayan hava yolları
şirkətlərindən birinə məxsus təyyarələrdən biri Yeni Delhidən Kəlküttəyə
səfər edərkən təhlükə baş verəcəyi qorxusu ilə geri qayıtmalı olub. Bu
barədə “Times of India” qəzetinə avia-şirkət nümayəndələrindən biri
xəbər verib.
O, xəbərdə bildirib ki, təyyarə havaya qalxdıqdan sonra pilot kabinəsində siçan olduğu aşkar edilib.
“Əgər
siçanlar təyyarədə elektrik naqillərini gəmirərək zədələsələr, qəza baş
verə bilərdi. Buna görə də pilotlar sərnişinləri təhlükəyə atmaqdan
çəkiniblər.” – deyə şirkət nümayəndəsi məlumat verib.
Qeyd
edək ki, qida qoxusuna gələn siçanların təyyarədə olması ilk hal deyil.
Hindistanda bu ilin fevralında və 2009-cu ildə də buna oxşar hal baş
vermişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=10661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31