Avropadan Rusiyaya sanksiya

07.08.2014 - 10:53

Avropa Birliyi Rusiya aviaşirkətlərinin Avropa üzərindən uçuşlarını qadağan etməyə hazırdır

Avropa Birliyi Rusiya aviaşirkətlərinin Avropa üzərindən uçuşlarını qadağan etməyə hazırdır
Rusiya Avropa aviaşirkətlərinin Sibir
üzərindən uçuşlarına qadağa qoyarsa, Avropa Birliyi də Rusiya
aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan
edəcək. APA-nın “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, bunu
Avropa Komissiyasının Almaniyadakı rəsmi nümayəndəsi Rihard Künel
deyib.
O bildirib ki, Avropa Birliyi “əvəz əvəz” prinsipi üzrə hərəkət etməyə hazırdır: “Bizim başqa seçimimiz yoxdur”.
R.
Künel qeyd edib ki, hava dəhlizləri beynəlxalq razılaşmalar əsasında
müəyyənləşdirilib, Rusiya bu qaydalara əməl etmək məcburiyyətindədir və
birtərəfli şəkildə beynəlxalq hüquqa zidd addımlar ata bilməz. 
Qeyd
edək ki, Rusiyanın xarici işlər naziri Avropa aviaşirkətlərinin Rusiya
üzərindən tranzit uçuşlarına qadağa qoyulacağı barədə xəbərləri təkzib
edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10662

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31