NATO rəhbəri Ukraynaya gəlir
Səfər sammit öncəsi baş tutacaq.
Sentyabrın əvvəllərində keçiriləcək Zirvədə NATO-nun müdafiə planları
araşdırılacaq, təlimlər və tədqiqatların yeni cədvəli
müəyyənləşdiriləcək.
ANS PRESS-in məlumatına görə, burada alyansın müasirləşdirilməsi ilə yanaşı Ukrayna ilə əməkdaşlığa da baxılacaq.
4-5 sentyabrda Cənubi Uelsdə keçiriləcək sammit ərəfəsində NATO baş
katibi Anders Foq Rasmussen bu gün Ukraynaya gələcək. Belə ki, sammit
çərçivəsində ölkə başçıları səviyyəsində Ukrayna-NATO komissiyasının
iclası da nəzərdə tutulub.
Ukraynanın NATO missiyasının başçısı İqor Dolqov bildirib ki, sammit
çərçivəsində keçiriləcək Ukrayna-NATO komissiyasının iclasında
danışıqların nəticəsi olan birgə bəyannamə imzalanacaq. Sənəd
əməkdaşlığın orta-sürətli perspektivinin proqramı ola bilər. 2008-ci
ildə keçirilən Buxarest sammitində Ukrayna və alyansa arasında
əməkdaşlıq illik milli-proqram əsasında razılaşdırılmışdı. Lakin ölkədə
baş verən hərbi münaqişə Kiyevi təşkilatla daha sistemli əməkdaşlığa
sövq edir.
Rasmussen səfər əsnasında ölkə rəhbərliyi ilə görüş keçirəcək. Görüş
iştrakçıları sentyabrda keçiriləcək sammitin gündəmini müzakirə
edəcəklər. Baş Katib həmdə Ukraynada aktual problemlər və Kiyevin NATO
ilə əməkdaşlığın perspektivi qismində etdikləri ilə tanış olacaq. Plana
əsasən Rasmussen Ukraynada bir neçə saat olacaq.
Ukrayna XİN-in məlumatına görə Rasmussen Kiyevə Ukrayna prezidenti
Petro Poroşenko tərəfindən dəvət olunub. Xarici siyasət idarəsində səfər
zamanı Ukrayna-NATO komissiyasının iclası müzakirə ediləcəyi təsdiq
edilib.
Bundan əlavə XİN bildirib ki, Ukrayna rəhbərliyindən prezident, Ali radanın spikeri və baş nazirlə görüş nəzərdə tutulub.
Qeyd edək ki, Rasmussenin səfəri Ukraynanın fevral çevrilişindən
narazı əhaliyə qarşı Donetsk və Luqansk ərazilərində keçirilən xüsusi
əməliyyat fonunda baş tutacaq. BMT insan Hüquqları üzrə Komissiyasının
Nümayəndəliyinin və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alınan
məlumata görə, aprelin ortasından iyulun 26-na kimi dinc əhalidən 1,1
min insan həyatını itirib, 3.4 mindən çox yaralı var. Moskva keçirilən
xüsusi əməliyyatı qəddarlıq adlandıraraq Kiyev rəhbərliyini dayandırmağa
çağırır.
Short URL: http://www.cumhuriyyet.net/?p=10666