İstanbulda bina çökdü, yaralılar var
Hadisə Fatih rayonu, Dərviş Əli məhəlləsi, Vaiz küçəsində baş verib.
Hadisə yerinə çox sayda yanğınsöndürmə və axtarış – xilasetmə briqadaları cəlb olunub.
Məlumata görə, bina sakini olan 2 nəfər dağıntıların altından yaralı olaraq xilas olunub.
Bir nəfərin xilas edilməsi üçün hal-hazırda axtarış və xilasetmə işləri davam edir. (anspress.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=10667