Afrikalılar Ebola virusuna görə Həcc ziyarətinə buraxılmayacaqlar
Səudiyyə Ərəbistanı Syerra-leone, Liberiya və Qvineyada Ebola
xəstəliyinin yayılması ilə bağlı bu ölkələrin vətəndaşlarına Həcc
ziyarəti üçün viza verməməyi qərara alıb.
“BBC”-nin verdiyi xəbərə görə, Krallığın Səhiyyə Nazirliyinin
məlumatına əsasən, ölkənin bütün liman və aeroportlarına cəlb edilən
mütəxəssislər ölkəyə daxil olan əcnəbilərdə bu qorxulu xəstəliyin
simptomlarını müəyyən etməyə hazırdır. ГїГї
Səudiyyə Ərəbistanında indiyədək Ebola xəstəliyinə bir yoluxma halı
qeydə alınıb. Syerra-Leoneyə səfəri zamanı yoluxan bu şəxs Ciddə
şəhərindəki xüsusiləşdirilmiş xəstəxanada ətraf mühitdən tam Гїtəcrid
edilib. (APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=10668