Sarkisyan Soçidən qaçır?

07.08.2014 - 11:33

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutmaya bilər

Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşündə iştirak etmək istəmədiyinə dair xəbərlər yayılıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü baş tutmayacağı haqqında iddialar yayılıb.
“Novosti Armeniya” saytının xəbərinə görə, erməni politoloqlar hesab
edir ki, Ermənistan baş naziri Ovik Abramyan prezidentlərinin görüşünün
keçiriləcəyini bəyan etsə də onun dedikləri reallığı əks etdirmir.
“Çünki Abramyan çox vaxt bəyanat verir və çox vaxt onun bu bəyanatının nəticəsi olmur”, deyə erməni politoloqlar bildirir.
Qeyd edək ki, cəbhədə son vaxtlar baş verən hadisələrdən sonra
avqustun 8-9-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin
görüşü nəzərdə tutulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=10669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31