Həmsədrlər prezidentlərin Soçi görüşündə iştirak etməyəcəklər

07.08.2014 - 11:42

ATƏT-in Minsk Qrupunun həmsədrləri
Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andriye(Fransa) Azərbaycan
və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın bu həftə
Soçidə keçirilməsi planlaşdırılan görüşündə iştirak etməyəcəklər.
 APA-nın məlumatına görə, bu barədə “Armenpress” ABŞ-ın Ermənistandakı səfirliyinə istinadən xəbər yayıb.
Səfirlikdən bildiriblər ki, həmsədrlərin Soçiyə səfəri gündəmdə deyil.
Xatırladaq
ki, 8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü nəzərdə tutulub. Rusiyanın xarici işlər naziri
Sergey Lavrov bildirib ki, hər iki prezident Soçidə Vladimir Putunlə
ayrı-ayrılıqda görüşəcəklər.
Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü ötən il noyabrın 19-da Vyanada keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=10671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31