Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verib. Anspress-in bölgə müxbirinin
verdiyi məlumata görə, yeraltı təkanlar Lənkəran rayonunda hiss olunub.
Zəlzələ Lənkəran şəhərində və rayonun bütün kəndlərində hiss edilib.
Hadisə nəticəsində əhali təşvişə düşüb. Zəlzələnin 3-4 bal gücündə olduğu ehtimal edilir.
Respublika
Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli
faktı təsdiqlədi. Alimin sözlərinə görə, həqiqətən də Lənkəranda yeraltı
təkanlar olub. Lakin hələlik zəlzələnin gücü və maqnitudası
dəqiqləşdirilir. “Yaxın saatlarda ətraflı məlumat veriləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10676