"Ermənilər panikadadır"
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan Silahlı qüvvələrinin təmas xəttində vəziyyətin nəzarətdə olduğunu bildirib.
“Vəziyyət tam nəzarət altındadır. Bizim mövqelərimiz möhkəmdir,
güclüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlüyü əldə edib”, –
dövlət başçısı Ağdam rayonunda hərçilərin qarşısındakı çıxışında
bildirib.
Sonra o bir daha qeyd edib ki, son vaxtlar əldə etdiyimiz silah,
texnika deməyə əsas verir ki, Azərbaycan ordusu istənilən vəzifəni icra
edə bilər.
“Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur,
eyni zamanda, xarici mənbələrdən aldığımız avadanlıq, texnika,
silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən
müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları
var. Böyük dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan raket
sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri,
zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan ordusunun
potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan ordusu Dağlıq
Qarabağdakı istənilən obyekti məhv edə bilər.”, – o bildirib.
Cəbhədə baş verən son hadisələrə münasibətini bildirən İ.Əliyev deyib:
“Düşmən, erməni işğalçı qüvvələri bir həftə bundan əvvəl qorxaqcasına,
namərdcəsinə gecə vaxtı bizim mövqelərimizə hücum ediblər. Biz itki
vermişik, əsgərlərimiz şəhid olublar. Ancaq eyni zamanda, düşmən layiqli
cavab aldı. Həmişə olduğu kimi, erməni tərəfi öz itkilərini gizlədir.
Ancaq biz bilirik ki, onlarla işğalçı məhv edilib”.
Onun fikrincə, “bu gün düşmən panikadadır, isterikadadır”.
İ.Əliyevin sözlərinə görə, “Bu gün Ermənistanın faşist rəhbərliyi,
hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal
ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı
kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks
təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist
dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu
sual altına düşə bilər”.
xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz
azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz öz ərazi
bütövlüyümüzü bərpa etməliyik. Dağlıq Qarabağ əzəli Azərbaycan
torpağıdır. Həmişə belə olub, bu gün də belədir, sabah da belə olacaq.
Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində baş vermiş hadisələr
nəticəsində müvəqqəti olaraq torpaqlarımız işğal altına düşüb. Ancaq biz
öz suverenliyimizi bərpa edəcəyik. Bütün işğal edilmiş torpaqlarda, o
cümlədən Şuşada, Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq. Bu, bizim
məqsədimizdir. Bu məqsədə doğru gedirik və biz bu məqsədə çatmaq üçün
daha da güclü ordu yaratmalıyıq”, – dövlət başçısı bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10680