İtkilərimizin dəqiq sayı açıqlandı

07.08.2014 - 14:23

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib.
“Doktrina” JHAM direktoru Cəsur Sümərinli deyib ki, ötən müddətdə 108 nəfər yaralanıb və ya xəsarət alıb.
İtkilərin 24-ü döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş vermiş gərginliklə bağlıdır.
Yaralıların da 25-i erməni gülləsindən (10 nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından,  3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib.
Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.
2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).

Short URL: http://www.cumhuriyyet.net/?p=10686

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31