Almaniya kansleri Angela Merkel 18 ildir eyni paltarı geyinirmiş
Almaniya kansleri Angela Merkel dərin
dekoltelər və “köhnə dəblə” geyindiyinə görə tez-tez tənqid olunur.
Modern.az saytı “Bild” jurnalına istinadən xəbər verir ki, ötən gün
Zalstburq kinofestivalını ziyarət edən Merkelin 18 il öncə geyindiyi
paltarda olduğu müəyyənləşib.
Alman jurnalistləri arxiv fotoları
əsasında müəyyən ediblər ki, xanım dövlət başçısının kinofestivalın
açılış mərasimində geydiyi geometrik “tunik” bundan öncə 1996, 2002 və
2009-cu illərdə onun əynində olub. Aydın olub ki, 18 il əvvəl
Kaliforniyada aldığı tunik Merkelin ən sevdiyi paltarlarından biridir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10688