"Ermənistan region üçün təhlükədir"

07.08.2014 - 14:58

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda
rəsmi səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisi qəbul
edib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R. Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri
xiyabanda Heydər Əliyevin məzarını, sonra Şəhidlər xiyabanını ziyarət
edib.

Sonra Müdafiə Nazirliyində R. Veyonisin rəsmi qarşılanma mərəsimi
keçirilib. Latviyanın müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi
düzülüb. Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə
Z. Həsənov Azərbaycanla Latviya arasında hərbi əməkdaşlığın həm NATO-nun
müxtəlif proqramları, həm də ikitərəfli əsasda həyata keçirildiyini,
onun dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim
inkişaf etdiyini qeyd edib.

Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan
müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını,
Dağlıq Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının
vacibliyini vurğulayıb.

R. Veyonis öz növbəsində dövlətlərimizin əlaqələrinin mehriban
dostluq münasibətlərinə əsaslandığını və Latviyanın Avropada
Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Latviya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=10690

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31