Azərbaycanın yüksək vəzifəli məmurunun qohumunu partlatdılar
diasporunun üzvü, iş adamı Rövşən Qasımov şəxsi avtomobilində
partladılaraq öldürülüb.
Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev açıqlamasında
bildirib ki, hadisə avqustun 4-də axşam baş verib.
Uğurluyevin sözlərinə görə, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Tovuz
rayonunun Xatınlı kəndindən olan, 1966-cı il təvəllüdlü Rövşən Qasımov
şəxsi avtomobili ilə Krasnıy Luç şəhərinin girəcəyində separatçılar
tərəfindən atəşə tutulub: “Avtomobil qumbaraatanla vurulub. Rövşən
Qasımov həlak olub, cəsədi yanaraq tanımaz hala düşüb”.
Qasımovun Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Pənahovun yaxın qohumu olduğunu bildirən R. Uğurluyev qeyd edib ki,
hazırda onun meyiti Krasnıy Luçda yaxınlarındadır: “Harada dəfn olunması
ilə bağlı özləri qərar verəcəklər”.
Uğurluyevin sözlərinə görə, R. Qasımovun Luqanskda iri fermer
təsərrüfatı olub. Separatçılar bir ay əvvəl onu, sonra isə ailəsini
girov götürüblər. Aparılan danışıqlar nəticəsində iş adamı və ailəsi
girovluqdan azad olunub.
kəndinin icra nümayəndəsi Nurəddin Məmmədov faktı təsdiqləyərək
bildirib ki, həlak olmuş R. Qasımov MSK sədri Məzahir Pənahovun yaxın
qohumudur: “Rövşənin anası ilə Məzahir müəllimin atası əmi uşağıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10694