Ərdoğanın seçki təşviqatçıları: saqqallı mollalar
Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən iki mollanın maraqlı videogörüntüsü yayılıb. Görüntülərdə iki molla Ərdoğanın prezident seçilməsi üçün dua edir, bir ağızdan “amin” deyirlər.
Mollalardan biri “Baş nazir Ərdoğan prezident olsun”, “Səslər Tayyibə
verilsin, prezident olsun, müsəlmanlar dinclik tapsın”, “Hər kəs səsini
Ərdoğana versin”, “Hər kəs Ərdoğan desin, duasını Ərdoğana etsin” deyə
dualar edir. Yanında olan digər molla isə “amin” deyə dualara qoşulur.
Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=10706