Ərdoğan cizgi filmində


favorit namizədi Rəcəb Tayyib Ərdoğanın həyatda qazandığı uğurlardan
bəhs edən animasiya filmi çəkilib.
ANS PRESS-in xəbərinə görə, filmdə Ərdoğanın küçədə simit satıcılığından
başlayaraq baş nazirliyə qədər uzanan həyat yolu ixtisarla anladılır.
2.23 dəqiqə davam edən animasiya filmi sosial şəbəkələrdə izlənmə rekordu qırır.
Xatırladaq ki, avqustun 10-da Türkiyədə ilk dəfə xalq səsverməsi ilə
prezident seçkisi keçiriləcək. Seçkidə 3 namizəd – Türkiyənin baş naziri
Rəcəb Tayyib Ərdoğan, İKT-nin sabiq sədri Ekmeleddin İhsanoğlu və
separatçı kürdlərin siyasi lideri Səlahəddin Demirtaş prezident adı
uğrunda mübarizə aparacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=10708