Tanınmış vəkil İntiqam Əliyev saxlanıldı

08.08.2014 - 12:56

Tanınmış vəkil İntiqam Əliyev saxlanıldı: Onun evində axtarış aparılır - YENİLƏNİBOnun evində axtarış aparılır

 

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun
Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində
axtarışa başlanılıb.

Bu barədə “Azadlıq” radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib. 

O, deyib: “Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi
bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış
aparır. Hər şeyi yoxlayırlar”.

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları
ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

 

 

 

 

*****

 

12:14

 

 

Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev bu səhər polis tərəfindən saxlanılıb. 

 

MediaPost.az-ın məlumatına görə, vəkil naməlum istiqamətə aparılıb. 

 

 

Hazırda polis əməkdaşları onun evində axtarış aparırlar.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31