Erməni diversantdan daha nələri öyrənmək olar?

08.08.2014 - 16:07

Onun əsl adını tapa bilən varmı?

“Erməni girov danışdı”. Bu, dünənki və bugünkü xəbər başlıqları
arasında ən geniş yayılanıdır. Erməni girovun Tovuzdakı kənd
çayxanasında və sonra da Şəmkirdəki ordu qərargahında danışdırılması üç
gün əvvəlki müharibə olaylarından az əhəmiyyət daşımırdı. Adamlar bir
həftədir erməni öldürür, kəndləri və rayonları geri alır, az qala
Yerevana qədər bütün Ermənistanı artilleriya və raket qurğuları ilə
şumlayırlar, amma nə isə çatmır.
Çatmayanın nə olduğu dünən bəlli
oldu. Bu, diri erməni idi! Tovuzda yolunu Azərbaycan tərəfə salıb
kənddəki bir qadından bir qurtum su və ya bir stəkan çay istəyən erməni.
Bu dipdiri ermənini görən kənd sakinləri onun qənşərinə pivə bakalı
qoyub təbii ki, şirin Tovuz ləhcəsi ilə ilk istintaqı aparırlar: “Ayə
niyə müharibə salersınız?”.
Axmaq adam, gic millət, sarsaq toplum..
Bakıda, Azərbaycanda səndən yaxşı yaşayan zümrə var idimi? Adam balası
kimi yaşayıb bu ölkənin nəyi varsa, gen-bol yararlanmaqda idiniz! Elə
vəziyyət yaratdınız ki, indi adamlar diri erməni görəndə hansı hisslər
keçirdiyini də kəsdirə bilmir. Nə isə…

Tovuzlu qadın bu ermənini tutub kənd çayxanasındakı kişilərə, onlar
kəndin polis sahə müvəkkilinə, polis sahə müvəkkili də “ayağından silmək
üçün” hərbçilərə verir. Əməliyyatın bütün kodlaşdırılmış dramatik
fəsilləri də bundan sonra başlayır. Axı bir həftədir yer-göy qan
ağlayır! Bir həftədir ki, bu ərazilərdə tətbiq edilməyən silah-sursat
yoxdur. Hər yandan od-alov ələnir!.. Necə olur ki, qotur bir erməni
əlini-qolunu sallayıb rahatca Azərbaycana keçir, kənddəki qadından bir
qurtum çay istəyir və kənd çayxanasında oturub kənd cavanlarının iynəli
atmacaları qarşısında pərt vəziyyətə düşür? Bu, erməni diversant
olmalıdır! Əynindəki nimdaş cins şalvar-köynəyin üstündən bir hərbi
jilet atıb bunu elan edirlər divarsant və çıxarırlar Milli Qəhrəman olan
ordu generalının hüzuruna! Di cavab ver, köpəkoğlu erməni! Onun
üstündən alınan və o birilərin də qorxudan atıb getdikləri silahları bir
eşşəyə yükləsən, bəlkə apara bilər (Ağıla gələn ilk şübhə adamın
dalağını iynə kimi sancır ki, kəşfiyyatçı diversant qumbaraatanı
gözünəmi soxacaqdı?). Amma hər halda, necə məsləhətdisə, elə də olsun.
Oraya bir maşın silah da tökmək olardı. Ortalıqda bir maddi sübut
olmadan 71 erməninin meyitini saytlara sərmişiksə, əlimizdə bu qədər
diri arqument, həm də rus dilində bilmədiyi səbəbindən aborigen erməni
dığası (Azərbaycanda hələ də elə bilirlər ki, erməniyə “dığa” demək onu
təhqir etmək anlamı verir) varsa, onun boynuna və yan yörəsinə nə
istəyirsən, düzüb qoşmaq olar.

“Erməni girov danışdı”! Guya ki, lal idi? Danışmalı idi, əlbəttə.
Elçin Behbudovdan soruşun, o sizə izah etsin. Ölkəmizin hərbi deyil,
mülki polis məntəqələrində nə qədər adam ikicə müstəntiq şapalağından
sonra bülbül kimi ötür. Məqsədim müqayisə etmək deyil. Hərbi əsirlərin
taleyi budur. Onlarla dünyanın heç bir yerində protokol gözləmirlər. Hər
cür soruşdurmadan əvvəl möhkəmcə çırpırlar. Sonra özünü naza qoymasın,
deyə. Həm də psixoloji basqı olsun gərək. Əsir düşünə bilər ki, əgər onu
bu qədər döyüb soruşdurmağa aparırlarsa, deməli sağ qalma ehtimalı var.
Yoxsa, niyə döysünlər ki? Kəlbəcərdə girov götürülən və Azərbaycan
diversantı kimi Ermənistan generalının (amma deyəsən, ermənilər daha
konsprisayisalı idilər və həmin generalın sifatini göstərmirdirlər)
qənşərinə çıxarılan Dilqəm və Şahbaza da eyni işgəncəni vermişdilər və
yəqin ki, indi də təkrar edirlər. O zaman yayılan bir videoda
Ermənistanın hərbi ekspertləri iddia edirdilər ki, bunlar
diversant-filan deyil və hərbi məmurlar yalan danışırlar. Azərbaycan
hərbi ekspertləri hələ bizim təzə erməniyə bir ad qoymayıblar. Onu hamı
Ermənistanda qeydə alındığı adla təqdim edir. Amma bu adam
diversantdırmı? Məncə, onu geri verin, Şahbazla Dilqəmi alın! Mənasız,
sifətindən hətta qoyun otarmağa da yaramayan avara bir köy çobanına
bənzəyən bu adamdan heç bir ağlabatan informasiya almaq, onu nəyinsə
gözünə qatıb işə tikmək mümkün olmayacaq onsuz da. Daha onun işi bitib.
Kimə nə lazım idisə, onu da boynuna qoyub. Kəndli qadın onu çayxanadakı
kişilərə, oradakı kişilər polisə, polis də hərbçilərə təhvil verib,
hərbçilər isə “əməliyyat keçirib tutmuşuq” deyiblər və bu versiyanı da
hamı qəbul edib. Daha nə istəyirsiz ki? Verin bunu o iki həmvətənimizi
geri alın. Nə onlar diversant idi, nə də bundan diversant çıxar. Bu, heç
poçtalyona da oxşamır…

Short URL: http://www.cumhuriyyet.net/?p=10713

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31