"İntiqam Əliyevə AZADLIQ!"

08.08.2014 - 21:40

“People in Need” İntiqam Əliyevin dərhal azad olunmasına çağırır

“People in Need” İntiqam Əliyevin dərhal azad olunmasına çağırır
2012-cü  ildə İntiqam Əliyevi “Homo Homini” mükafatına layiq görən
Çexiyanın “People in Need” insan haqları təşkilatı avqustun 8-də onun
həbsi ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, “Homo Homini” adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

“People in Need” təşkilatının Media Departamentinin sədri Tomas Urban
deyir: “İntiqam Əliyev Azərbaycanda ən qorxmaz və ən vicdanlı insan
haqları müdafiəçilərindəndir.  O, illərlə özünü düşünmədən başqalarına
yardım edib.Biz onun yubadılmadan və şərtsiz azad edilməsinə çağırırıq”.

Urbanın fikrincə, Azərbaycanda bütün rejim tənqidçilərini susdurmaq
istəyirlər və şokedici məqam odur ki, bunlar Azərbaycanın hazırda Avropa
Şurasının Nazirlər komitəsinə sədrlik etdiyi vaxtda baş verir.    

“People in Need” təşkilatının mükafatı 2013-cü ildə    İntiqam
Əliyevə yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin
qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici
işlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub. (azadliq.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=10727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31