İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlandı
İsrailin Qəzzada məhv etdiyi məscidlərin sayı açıqlanıb.
Axar.az xəbər verir ki, İsrailin təşkil etdiyi hücumlar nəticəsində 60 məscid tamamilə dağıdılıb, 150-si ziyan görüb.
Verilən açıqlamada İsrail ordusunun məscidləri qəsdən hədəf almaqda günahlandırıldığı, Qəzza şəhərində 20, Xan Yunus şəhərində 17-i, Qəzza Zolağının şimalında 11, Qəzza zolağının orta seqmentində 10, Rifah şəhərində 2 məscidin yararsız hala salındığı qeyd edilib. Həmçinin İsrailin 11 türbəni, 3 zəkat toplama mərkəzini və dini məktəbi də bombaladığı bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=10735