Şəmkirdə 4-ü azyaşlı olmaqla 5 nəfər çayda boğulub

08.08.2014 - 23:37

Kürün Şəmkir rayonu ərazisindən keçən hissəsində bədbəxt hadisə baş verib.

FHN-in
Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc-Axtarış Qrupundan
APA-nın qərb bürosuna verilən məlumata görə hadisə bu gün saat 19
radələrində Kür çayının rayonun Keçili kəndinə yaxın hissəsində baş
verib.

 

Kürün kənarına dincəlməyə gedən, rayonun
Keçili kənd sakini, 31 yaşlı Mayılzadə Xəyalə Sahib qızı, onun övladları
13 yaşlı Rəfiyeva Nurlana Qoşqar qızı, 9 yaşlı Rəfiyeva Nurlan Qoşqar
oğlu, həmçinin onlarla istirahətə gedən rayonun Səfər Cabbarlı kənd
sakinləri 4 yaşlı Dostiyev Əkbər Natiq oğlu, 7 yaşlı Dostiyeva Fəridə
Natiq qızı çayda batıblar.

 

Məlumata görə, 4
azyaşlı uşaq çayın kənarında çimməyə giriblər. Suyun axını
gücləndiyindən onlar batıb. Onları qurtarmaq istəyən Xəyalə Mayılzadə də
suda boğulub. Saat 21 radələrində FHN-in Dövlət Sularda Xilasetmə
Xidmətinin Aran Dalğıc-Axtarış Qrupunun əməkdaşları batanların
meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31