У?li Kərimli İntiqam У?liyevin həbsinə münasibət bildirdi


AXCP sədri У?li Kərimli ölkənin tanınmış hüquqşünaslarından İntiqam
У?liyevin həbs edilməsinə münasibət bildirib. У?li Kərimli özünün Facebook
səhifəsində yazır:
“Xalqımız kimin kim olduğunu yaxşı bilir. Siz ölkədə elə bir prokuror
və ya hakim tanıyırsınızmı ki, onun xalq içində İntiqam bəy qədər
nüfuzu olsun. Anlamırsınızmı ki, xalqın sevdiyi, özünə nümunə saydığı
işıqlı adamları həbs etməklə xalqdan daha da qopursunuz.
Repressiya sırası bu gün İntiqam bəyə çatdı. Onu da quraşdırdıqları cinayət işini bəhanə edib, həbs etdilər.
İntiqam У?liyev Azərbaycanın ən yaxşı hüquqşünaslarından,
ziyalılarından biridir. İntiqam bəy Avropa İnsan Haqları Məhkəməsində
Azərbaycanın mövcud məhkəmə sistemini azı yüz dəfə təkbaşına məğlub
edib. Avropa qitəsinin ali hüquq instansiyasında dəfələrlə sübut edib
ki, Azərbaycanın məhkəmə sistemi hüququ tapdalayır, ölkədəki repressiya
aparatının bir hissəsidir. İntiqam bəy bu ölkənin vicdanı sayılacaq
şəxslərdəndir. Ona cinayətkar deyirsinizsə, bəs onda siz kimsiniz?
Siz belə ədalətsiz, absurd həbslərlə xalqımızı qorxudacağınızı
düşünürsünüz? Bunu bacarmayacağınızın sübutunu çox gözləmək lazım
gəlmədi. İntiqam bəy xeyli müddət idi ki, Leyla xanım Yunus və Rəsul
Cəfərovla birlikdə ölkədəki siyasi məhbusların vahid siyahısını
hazırlamaqla məşğul idi. Hətta mən ehtimal edirəm ki, adını çəkdiyim hər
üç hüquq müdafiəçisinin qısa müddətdə ard-arda həbs olunmasının
səbəblərindən biri də bu vahid siyahının qarşısını almaq istəyi idi.
Bu gün ölkənin hüquq müdafiəçiləri, tanınmış vəkilləri, vətəndaş
cəmiyyəti fəalları Azərbaycandakı siyasi məhbusların vahid və təfsilatlı
siyahısını hazırlayıb ölkə və dünya ictimaiyyətinə təqdim etdi.
Deməli, demokratik düşərgə tükənməyib, tükənməyəcək. Sizlər siyasi
məhbuslar siyahısını 2 nəfər hüquq müdafiəçisinin açıqlamasından
ehtiyatlanırdınız, qarşısını almağa çalışırdınız, bu gün həmin siyahı 20
nəfərdən artıq hüquq müdafiəçisi və vəkilin imzası ilə ictimaiyyətə
təqdim olundu. Belə də davam edəcək. Hər bir tutulan fəalın əvəzinə bir
neçə nəfər yeni ictimai-siyasi fəal meydana çıxacaq.
Həqiqəti demək, doğrunun yanında olmaq o qədər gözəl, insani duyğudur
ki, onu insanlara tam olaraq qadağan etmək heç bir tirana müəssər
olmayıb. Yazmışdım axı, sizin düşündüyünüzdən çoxuq, sizin təsəvvür edə
biləcəyinizdən daha iradəliyik. Siz bu repressiyalarla millətimizi
yenidən sınağa çəkirsiniz. Millətimiz sizə sübut edəcək ki, biz
həqiqətən də demokratik idarəetməyə, daha azad yaşamağa, daha yaxşı
hökumətə layiqik, haqq edirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=10739