ABŞ-ın keçmiş səfirindən İlham Əliyevə 3 məsləhət

09.08.2014 - 00:05

1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı
səfiri olan və hazırda ABŞ-da Corc Mayson Universitetinin professoru
olan Riçard Kozlariç Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində
son toqquşmalar və Azərbaycanda insan haqları fəallarının həbsi ilə
bağlı AzadlıqRadiosunun suallarını cavablandırıb. Keçmiş səfirlə qısa
müsahibəni təqdim edirik. 

– Szicə, indiki mərhələdə doğrudan da müharibə real görünürmü? 

– Yəqin ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bu yana
ən ciddi hərbi qarşıdurma baş verir. Atəşə kimin birinci başlamasından
asılı olmayaraq, Bakı və Yerevan toqquşmanı dayandırmalıdır. Kənardan
heç kim onların əvəzinə bu qərarı verə bilməz.

İnsan haqları fəallarının davam edən həbsləri göstərir ki, Əliyev
rejimi utanıb-çəkinmədən hərbi əməliyyatlardan da özünə qarşı yerli
tənqidləri boğmaq üçün istifadə edir. İnsan haqlarının tapdanmasına görə
rejimə qarşı duran hər kəs vətənə xəyanətdə ittiham olunacaq.

Əliyevin qırmızı xətlər barədə nə düşündüyünü təsəvvür edə bilmirəm.
Görünən budur ki, o, başladığı bu yolun nəticələrini nəzərə almır. 

– İnsan haqları fəallarının çoxu ya həbs edilib, ya da
tutulmaq ərəfəsindədir. ABŞ-ın Bakıda heç səfiri yoxdur. Bu prosesi kim
dayandıra bilər? Sizcə, İlham Əliyev qırmızı xətti keçmirmi, yoxsa,
ümumiyyətlə belə xətt heç mövcud deyil?

– Bu cür hərəkətləri ilə o, Eurovision, Birinci Avropa Olimpiya Oyunları kimi nüfuzlu layihələrə də kölgə saldı.

Ən əsası da Cənub Qaz Dəhlizi Layihəsində tərəddüdlər yaratdı.

Daha bir vacib məqam odur ki, Əliyev Putinin əlinə oynamaqla özünü Avropa və ABŞ-dan uzaq saldı.

İşləri yoluna qoymaq üçün o, 3 əsas istiqamətdə iş görməlidir:

Birincisi, təmas xəttində anlamsız və faciəvi zorakılığı dayandırmaq
üçün Ermənistan prezidenti ilə vasityəçilərsiz, bir başa danışıqlara
başlamalıdır.

İkincisi, bütün siyasi məhbusları azad etməlidir. 

Üçüncüsü də Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Minsk Qrupu çərçivəsində prosesi bərpa etməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10740

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31