Hakimiyyətin Soçidən sonrası B planı

09.08.2014 - 00:17

Sabah Rusiya prezidenti Vladimir Putinin Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir.

ANS
TV-nin məlumatına görə, həmin gün Putin Ermənistan prezidenti Serj
Sarkisyanla da görüşəcək. Kremlin mətbuat xidmətinin məlumatına görə,
Rusiya və Azərbaycan prezidentlərinin görüşündə ikitərəfli əməkdaşlığın
ən vacib məsələlərinin müzakirəsi, xüsusən enerji, investisiyalar və
regionlararası kooperasiya sahəsində qarşılıqlı faydalı layihələrin
inkişafı üçün birgə addımların razılaşdırılması planlaşdırılır. Ən vacib
məsələ Qarabağ danışıqlarıdır. 3 tərəfli görüşün baş tutub-tutmayacağı
Putinin ikitərəfli danışıqlarından sonra məlum olacaq.
Görüş
təşəbbüsü təmas xəttində baş verən gərginlikdən sonra Rusiya
prezidentindən gəlib. Bir həftə əvvəl Ermənistan diversiya qruplarının
təxribatı nəticəsində Azərbaycan ordusu 14 şəhid verib, qarşı tərəf
qat-qat artıq itki ilə üzləşib. Cəbhədəki gərginlik bir anda böyük
dövlətlərin, NATO, BMT kimi beynəlxalq təşkilatların diqqətini bölgəyə
yönəltdi, sülhə çağırışlar edildi. Sülh danışıqları isə 20 ildir nəticə
vermir, münaqişənin həllilə bağlı qətnamələr icra edilmir.
Son
gərginlik fonunda ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyev
daha sonra Ağdam ictimaiyyəti qarşısında çıxışında müharibənin ikinci
mərhələsinin başlamasını istisna etməyib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev deyib ki, danışıqlar yolu
nəticə vermir: “Hələ ki, müəyyən ümidlər var. Yaxın vaxtlarda bəzi
görüşlər nəzərdə tutulur, baxarıq görərik, necədir vəziyyət. Ancaq
ermənilər bilməlidirlər ki, bu məsələ belə davam edə bilməz”.
Ali
Baş Komandan vurğulayub ki, danışıqlar nəticə verməzsə, Azərbaycan
ordusu öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan öz ərazisində
ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=10741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31