Bu günün hava proqnozu

09.08.2014 - 00:45

Avqustun 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Cumhuriyyet.az ans-ə istinadən məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 23-27В°, gündüz 32-37В° isti, Bakıda gecə 25-27В°, gündüz 33-35В° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25В°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26В°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27В° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 18-23В°, gündüz 34-39В° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 12-17В°, gündüz 25-30В° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 19-24В°, gündüz 34-39В° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 18-23В°, gündüz 31-36В° isti olacağı gözlənilir.

Mərkəzi
Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və
Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperatur gecə 21-26В°, gündüz 35-40В° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 22-27В°, gündüz 32-37В° isti, dağlarda gecə 15-20В°, gündüz 27-32В° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Avqustun
10-u axşamdan 12-si gündüzədək ölkə ərazisində şimal-qərb küləyinin
saniyədə 15-20 metr, bəzi rayonlarda və Abşeron yarımadasında arabir
25-28 metrədək güclənəcəyi gözlənilir. Əsasən gecə və axşam saatlarında
ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokal qısamüddətli yağış
yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=10742

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31