Günün qoroskopu: dəyişikliklərə hazır olun

09.08.2014 - 00:54

Cumhuriyyet.az dünyanın nüfuzlu və məşhur ulduz
falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün
qoroskopunu təqdim edir 
Qoç – baş verənlərə nikbin yanaşın. Başladığınız işləri uğurla başa vura
bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla münasibətləri normallaşdırın.
Yeni dostlar, həmfikirlər və hamilər tapa bilərsiniz. Romantik
əyləncələr, maraqlar da istisna deyil.
Günün ikinci yarısı yaşamınızda köklü dəyişikliklər üçün münasib zamandır.
Yeniliklərin
tətbiq olunacağı sahəni seçin. Məqsəd və hədəfləri müəyyənləşdirin.
Sizə maraqlı gələn planda konkretləşməyə ehtiyac varsa, bu prosesi
təxirə salmayın.
 
Buğa
başladığınız işlərdə əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz.
Müstəqil çalışın, məsləhətlər və göstərişlər çərçivəsində vurnuxan
insana çevrilməyin. Sizə yardım və dəstək vəd etmiş insanlar indi yalnız
özlərini düşünürlər. Yaxın gələcəklə bağlı planlara əhəmiyyətli
dəyişikliklərə hazır olun.
Günün ikinci yarısında alacağınız informasiya növbəti planlardan birini puç edə bilər.
Ailədə fikir ayrılıqları, müxtəlif nəsillərin mənsubları arasında ixtilaflar olacaq.
Planlaşdırılmamış alış-veriş etməyin. Pulunuzu ehtiyatla, ağılla xərcləyin.
 
Əkizlər
emosional fonu pis, mürəkkəb və problemlərlə zəngin gün olacaq. Qarışıq
hisslər, laübəli fikirlər zamanıdır. İndiyədək asanlıqla başa
düşdüyünüz insanların nə istədiklərini başa düşmək çətindir. Rəqiblər
planlarınızdan xəbər tutublar. Onlar sizə mane olmaq, niyyətlərinizi puç
etmək üçün əllərindən gələni edirlər.
Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Neqativ fikirlər sizi əsir etməsin. Səhhətinizə fikir verin.
Zökəm və yoluxucu xəstəlik istisna deyil. İmmunitet səviyyəsi aşağı düşüb.
 
Xərçəng
maraqlı, uğurlu, məhsuldar gündür. Ən müxtəlif məsələləri çözə
bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək. Yeni başlanacaq
əməkdaşlıq və tərəfdaşlıq maraqlı tərəflərin hamısı üçün sərfəlidir.
Sənədlər imzalamaq, uzunmüddətli əməkdaşlığı rəsmiləşdirmək olar.
Günün
ikinci yarısında köhnə dostlar və tanışlardan xoş xəbər alacaqsınız.
Əvvəllər kəsilmiş münasibətlərin bərpası, uzun müddətdən bəri dil tapa
bilmədiyiniz insanlarla dil tapılması mümkündür.
Maraqlı tanışlıqlar və emosional, romantik tanışlıq zamanıdır.
 
Şir
ətrafınızdakı şəxslərin bacarmadıqları və öhdəsindən gələ bilmədikləri
işləri uğurla nəticələndirə biləcəksiniz. Maraqlı işgüzar təkliflər ala
bilərsiniz. Qarşınızda yeni üfüqlər açılır. Yeni bilik, bacarıq əxz
etmək, fəaliyyət sahəsini genişləndirmək şansları yaranır.
Günün
ikinci yarısında uğurlu alış-veriş, sərfəli sərmayə baş tuta bilər.
Maliyyə problemləri yaranmayacaq. Şəxsi münasibətlərdə irəliləyişlər
yaşanacaq. Yeni romantik təmaslar az sonra ciddi məzmun kəsb edəcək.
Yaşam potensialının səviyyəsi yüksəkdir.
Səhhətinizdə problemlər yaranmayacaq. İfrat yorğunluq hiss etməyəcəksiniz.
 
Qız
sakit, hadisələrin öz məcrasında cərəyan etdiyi gündür. Problemlər də
olacaq, amma onların öhdəsindən tezliklə gələ biləcəksiniz. Uğura və
irəliləyişə olan inamınızı itirməyin. Rəqibləri üstələmək şansınız var.
Fikrinə və mövqeyinə önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş
təəssürat yaratmağa çalışın.
Günün ikinci yarısında yaşanan
situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil edin. Səhhətinizə
fikir verin. Xroniki ağrıların profilaktikasını unutmayın. Alış-verişdə
bahalı əşya ala bilərsiniz. 
 
Tərəzi
günün ilk yarısı əlverişli zamandır. Başladığınız işlərdə uğur əldə edə
bilərsiniz. Xoş xəbərlər, dəyər verdiyiniz insanla görüş istisna deyil.
Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Özünüzü
narahat hiss edəcəksiniz. Bədbin fikirlərin əsiri olmayın.
Günün ikinci yarısında çətinliklər və problemlər artır.
Yaxınlarınızla
fikir ayrılıqları, ixtilaflar və anlaşılmazlıqlar yaranacaq.
Dediklərinizin eşidilmədiyini, anlaşılmadığınızı düşünəcəksiniz. Korrekt
və diplomatik davranın. Bütün səylərə rəğmən mübahisələrdən yan qaçmaq
mümkün deyil.
Axşam saatlarında aktiv çalışın.
 
Əqrəb – gərgin, əsla rəvan olmayan gündür. Çətin qərarlar qəbul etmək üçün
münasib zaman deyil. Yaxın ətrafınızdakı insanların təqdir etməyəcəkləri
addımları atmayın. Peşəkar fəaliyyət müstəvisində uğursuzluq ola bilər.
İşdə həmkarlarla fikir ayrılığı, rəhbərliklə ciddi münaqişə istisna
deyil.
Günün ikici yarısında uzun səfərlər və nəzərdə
tutulmamış səyahət məsləhət deyil. Yolda tez yorulacaqsınız, əhvalınız
korlanacaq. Yeni təəssüratlar sizi sevindirməyəcək.
Qarderobu yeniləmək, qeyri-adi və parlaq əşyalar almaq olar.
Aldığınız nəsnələr sizi sevindirəcək.
 
Oxatan – çoxdan bəri reallaşdırmaq istədiyiniz planların həyata keçirilməsi
üçün əlverişli zamandır. Yeni işə və ya layihəyə başlamağa tələsməyin.
Yalnız sınanmış, etibarlı müttəfiqlərin yardımlarına bel bağlayın. Yaxşı
tanımadığınız insanlara dəstək üçün müraciət etməyin.
Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Günün
ikinci yarısında önəmli xəbərlərin alınması istisna deyil. Uzunmüddətli
planlarda dəyişikliklər ola bilər. Səfər və ya səyahət pis alınmayacaq.
Evdən uzaqda maraqlı tanışlıq ola bilər. Lakin bu tanışlıq ciddi
münasibətlərə çevrilməyəcək.
 
Oğlaq
yetərincə maraqlı gündür. Yeni imkanlar yaranır. Situasiya sizi daha
aktiv çalışmağa vadar edir. Enerjili işlərə özünüzü hazır bilməsəniz də,
bu zəruridir. Qətiyyətli olun, iradəli davranın. Yaxın ətrafınızdakı
insanlara təzyiq göstərməyin. Onların şəxsi həyatınıza kobud müdaxilə
etmələrinə imkan verməyin.
Ailəvi müzakirələr və ümumi planlarla bağlı məsləhətləşmələri bir qədər təxirə salın.
Günün
ikinci yarısında sevdiyiniz insanla təmaslarda soyuqqanlı, eyni zamanda
qayğıkeş olun. Sərt tənqidi mövqe tutmayın. Dəyər verdiyiniz insanlar
sizdən tənqid və irad yox, dəstək gözləyirlər.
Situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil etmək istəyiniz, gerçəkləri deməyiniz eqoizm sayıla bilər.
 
Dolça – planlarınızı və ideyalarınızı həyata keçirməyə tələsməyin. Onların
reallaşdırılması üçün az sonra daha əlverişli zaman olacaq. Peşəkar
fəaliyyət müstəvisində mövqelərinizi daha möhkəm və səbatlı edə
bilərsiniz. Amma vicdanınızla kompromisə getməyin.
Ciddi maliyyə itkiləri istisna deyil.
Günün
ikinci yarısı dəyər verdiyiniz insanlarla ünsiyyət, ailəvi tədbirlər
üçün əlverişlidir. Dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Şəxsi
münasibətlərdə son vaxtlar sizi narahat edən problemləri həll edə
bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
 
Balıqlar – əsla risk etməyin. Sınanmış metodlara üstünlük verin, etibarlı
yollarla hərəkət edin. Fəaliyyət üçün vasitələri seçəndə diqqətli olun.
Xoşagəlməz sürpriz, sizin üçün önəmli insanlarla münaqişə istisna deyil.
Narahat olmayın, vəziyyət bir müddət sonra stabilləşə bilər. Bunun üçün səy göstərməlisiniz.
Günün
ikinci yarısında romantik görüş istisna deyil. Hər şey istədiyiniz kimi
olmayacaq. Gözləntiləriniz sizi aldada bilər. Yeni tanışlıqlardan yaxşı
heç nə gözləməyin. Belə təmaslar yaxşı heç nə vəd etmir.
Ailəvi tədbirlər üçün əlverişli gündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=10744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31