Əliyev Sərkisyanla Soçidə görüşməyəcək

09.08.2014 - 01:00

Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Serj Sərkisyanla görüşməyəcək.
Bu barədə proqnoz rus və erməni politoloqların mediaya verdikləri şərhdə öz əksini tapıb. Politoloqların fikrinə görə, nə Kremlin rəsmi saytında, nə də Rusiya rəsmilərinin açıqlamalarında üçtərəfli görüşlə bağlı fikir səsləndirilir.
 Kremldən verilən açıqlamada Rusiya Prezidenti Vladimir Putinin “Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşü nəzərdə tutulur” fikrini əsas gətirən politoloqlar üçtərəfli görüşlə bağlı indiyə qədər hər hansı fikir səsləndirilməməsinə də münasibət bildiriblər. Hesab olunur ki, iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verən hücumla başlayan gərginlik hələ də səngiməyib və bu gərginlik fonunda prezidentlərin görüşünün aqressiya ilə müşayiət olunması ehtimalına görə üçtərəfli görüş əvvəlcədən razılaşdırılmayıb.
Buna baxmayaraq, ikitərəfli danışıqlarda hər hansı razılaşmanın olacağı təqdirdə üçtərəfli görüşə dərhal razılıq verilməsi də istisna edilməyib. Politoloqların fikrincə, hər şey Putinin apardığı danışıqlara tərəflərin reaksiyasından asılı olacaq(axar.az).

Short URL: http://www.cumhuriyyet.net/?p=10746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31