Yerevanda müharibə əleyhinə yürüş: "Əsgərlər ölür, oliqarxlar varlanır"

09.08.2014 - 02:07

Ermənistanda bir qrup ictmai fəallar müharibə əleyhinə yürüş keçirib.

Onlar Ermənistan-Azərbaycan sərhədi və
Qarabağ-Azərbaycan təmas xəttində vəziyyətin gərginləşməsində
“Ermənistan və Azərbaycan rəhbərlikləri və bölgədə öz maraqlarını güdən
üçüncü qüvvələri, ilk növbədə Rusiyanı” təqsirləndiriblər.

Yürüş iştirakçıları Ermənistan və
Avropa İttifaqı bayraqları, sülhə çağıran şüarlarla Ermənistan Xarici
İşlər Nazirliyi binası önündən şəhərin mərkəzi küçələri ilə keçib,
Azadlıq meydanında toplaşaraq Ermənistan və Azərbaycan cəmiyyətlərində
“iki xalqı müharibəyə sürükləyən rejimlərin niyyətlərinin
gerçəkləşməsinə qarşı mübarizə” yollarını müzakirə ediblər.

Yürüşdə iştirakçıların əllərində tutduqları
şüarlar üzərində “Xalqlara – sülh, hakimiyyətlərə – müharibə”, “Heç bir
ana balasının ölümünü istəmir”, “Sülh istəyirsən, hakimiyyəti dəyiş”,
“Əsgərlər ölür, oliqarxlar varlanır”, “Atəşkəs hakim rejimlərin
qorunmasına xidmət edir” çağırışları yazılmışdı.

“Qafqaz bölgəsində öz maraqlarını güdən Rusiya
son yüz il ərzində xalqlar arasında münaqişələr və ədavət qızışdırmaqdan
çəkinməyib. Bu gün də Ermənistan-Azərbaycan sərhədində axıdılan qan
üçün Rusiya Federasiyasının hakim rejimi və onun başçısı da məsuliyyət
daşıyır”, – deyilir fəalların bəyanatında.

Daha öncə BBC Azərbaycancaya müsahibəsində
Kremlpərəst təhlilçi Sergey Markov, Moskvanın Qarabağ müharibəsinin
qızışmasında rolu barədə iddiaları rədd edib və Rusiyanın öz cənub
qonşuluğundan müharibədə deyil, əksinə, sülhə maraqlı olduğunu qeyd edib.

Yerevanda yürüşçülər həmçinin Qarabağ
münaqişəsinin tənzimlənməsində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun
da “sərhəddə vəziyyətin mütəmadi surətdə gərginləşməsində” təqsirli
olduğunu bəyan edib.

“Minsk Qrupu tərəflərə atəşkəsi qorumaq haqqında
yazılı çağırışlardan başqa, qan axıdılmasına son qoymaq məqsədilə
konkret addımlar atmalıdır”, – nümayişçilərin bəyanatında qeyd olunur.

Yürüş iştirakçıları Ermənistan və Azərbaycan
ictimaiyyətlərini münaqişəni “xalqların təsvir etdikləri şəkildə həll
etmək üçün” birləşib ictimai müzakirələr meydanını yaratmağa çağırıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=10749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31