Qeyri-hökumət təşkilatları üçün qara gün
Ölkənin məşhur hüquqşünası həbs
edildi; İntiqam Əliyevə 3 maddə üzrə 3 aylıq həbs qətimkan tədbiri
seçildi; RATİ rəhbəri Emin Hüseynovun taleyindən xəbər yoxdur; ölkə
xaricindən və daxilindən baş verənləri repressiya adlandırdılar; Novella
Cəfəroğlu: “Müstəqil QHT-lərə qarşı basqı edirlər”
Hüquq
Maarifçiliyi Cəmiyyətinin (HMC) prezidenti İntiqam Əliyev avqustun 8-də
həbs edilib. Vəkil səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlərə
Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa
başlanılıb.
deyib ki, atasını səhər aparıblar, daha sonra onun telefonuna zəng
çatmayıb. Ardınca onun Saraydakı evində 10 nəfərə yaxın prokurorluq
əməkdaşı axtarış aparıb.
gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı
məhkəmə qərarı təqdim ediblər.
Əliyev günorta saatlarında istintaqdan çıxıb, polisin müşayiəti ilə
axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin
ofisinə aparılıb.
İntiqam Əliyevin iştirakı olmadan başlayıb. Hüquq müdafiəçisi özü
ofisin qarşısında dayanan polis maşınında saxlanılıb. İntiqam Əliyevə
“təqsirləndirlən şəxs” qismində ittiham elan olunub. Bunu ofisində
axtarış aparılan zaman İntiqam Əliyev jurnalistlərə özü deyib:
insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına
etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar.
Mən də o, “cinayətkar”lardan biriyəm. Dostlar, siz həbsdəkilərin
müdafiəsi ilə məşğul olun, mənə ehtiyac yoxdur…”
yerində olan müxbirimiz müsavat.com-a bildirib ki, müstəntiqin çağırışı
əsasında ofisə gələn hüquqşünas Ənnağı Hacıbəyli də axtarış aparılan
otağa buraxılmayıb. Bu barədə jurnalistlərə açıqlamasında o özü deyib:
“Axtarış aparılan otağa məni buraxmadılar. Çox qarışıqlıq idi.
İntiqam müəllimin uşaqlıq dostuyam. Əslində ona xidmətlərinə görə
mükafat verilməlidir. Özüm də bilmirəm bu nədir – onun başına gələnlər.
İntiqam Əliyev bu ölkənin, bu xalqın milli sərvətidir. Ona qarşı belə
hərəkətlər heç bir çərçivəyə sığmır. Ona qarşı irəli sürülən
ittihamların heç bir əsası yoxdur. Məqsəd, sadəcə, ölkədə qalan azsaylı
vətəndaş cəmiyyətinə birdəfəlik zərbə endirməkdir”.
Hacıbəylinin dediyinə görə, İntiqam Əliyev vəzifəli şəxsin
səlahiyyətlərini və qrant vəsaitini mənimsəmədə ittiham olunur: “Belə
ki, Ədliyyə Nazirliyi onun sonuncu dəfə Hüquq Maarifçiliyi Cəmiyyətinin
prezidenti seçilməsini qeydə almayıb. İddia olunur ki, guya o,
cəmiyyətin prezidentliyi vəzifəsini mənimsəyib. Bundan başqa, İntiqam
Əliyev qrant müqaviləsi imzalayıb, pul banka köçürülüb, ancaq Ədliyyə
Nazirliyi layihəni qeydə almadığına görə İntiqam müəllim o pulu heç
hesabdan çıxarmayıb da. Pul qəpiyinə qədər bankdadır. Absurd ittiham
irəli sürüblər ki, pulu mənimsəyib”.
prosesi 1 saat yarım çəkib. Məhkəmə binasının önündə çox saylı media
nümayəndələri və hüquq müdafiəçiləri olub. İ.Əliyevin vəkili Anar
Qasımlı media qarşısına çıxaraq bildirib ki, İntiqam Əliyevin barəsində
CM-in 3 maddəsi ilə (192, 213, 308) 3 aylıq həbs-qətimkan tədbiri
seçilib.
ittiham qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə
səlahiyyətlərindən sui-istifadə olub. İ. Əliyevi ayrı-ayrı qrant
layihələrini qanunsuz nəğdləşdirməkdə, onları qeydiyyatdan keçirməməkdə
suçlayıblar. A. Qasımlı qeyd edib ki, bu hərəkətlər mövcud olsa belə,
cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır: “Bunun
qarşılığı cərimədir”.
məhkəmə prosesində İntiqam Əliyev də çıxış edib: “Onun çıxışı belə oldu:
“Mənim həbsimi sifariş ediblər, ona görə də buradayam, hakimdən də heç
bir xahişim yoxdur, bilirəm ki, ona nə deyiblərsə, edəcəklər. Mənim
həbsim bir siyasi sifarişdir, səbəbi də rejimə müxalif olan insanları
müdafiə etməm, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmam,
kompromissiz mövqe sərgiləməyimdir”.
həbsə hazır idilər, buraya gələrkən bu nəticəni gözləyirdilər. Bütün
bunlara baxmayaraq, bu qanunsuz həbsdən müvafiq qaydada şikayət
veriləcək və mübarizə beynəlxalq müstəvidə davam etdiriləcək.
oğlu Nəcmi Əliyev atasının həbsinin qanunsuz olduğunu bildirdi:
“Əslində bu həbsi gözləyirdik. Atamı dörd divar arasında sındırmaq
mümkün deyil. Əsas həbs olunmaq yox, mübarizənin davam etməsidir. Biz də
sona qədər mübarizə aparacağıq”.
hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən
başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20
ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan
hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları
Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.
Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki,
mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının
müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.
sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.)
qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən
çox kitabın müəllifidir.
8-də günün ikinci yarısında Reportyorların Azadlığı və Təhlükəsizliyi
İnstitutunun Səbayel rayonunda yerləşən ofisini də polis mühasirəyə
alıb. Polis, prokuror və vergi müfəttişləri RATİ-nin ofisində axtarış
aparmaq istəyiblər. Amma RATİ-nin əməkdaşları vəkilləri gələnə kimi
onları ofisə buraxmayıb. Polis reportaja gələn jurnalistləri RATİ-nin
yerləşdiyi ofisin həyətindən uzaqlaşdırmağa çalışıb. Bundan sonra
əraziyə Post-Patrul Xidmətinin əməkdaşları da çağırılıb. Polislər
yenidən ofisə girməyə cəhd göstərsələr də RATİ-nin ofisində qalan 6
əməkdaş qapını onlara açmayıb.
müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlı RATİ-nin ofisinə
gəliblər. Lakin ərazidə polis postu qurulduğundan onları ofisin
yerləşdiyi binanın həyətinə buraxmayıblar. Baş Prokurorluğun əməkdaşları
hüquq müdafiəçilərinə məlumat verib ki, ofisdə axtarış aparılması ilə
bağlı məhkəmə qərarı var. Onlar hüquq müdafiəçilərindən xahiş ediblər
ki, ərazidən uzaqlaşsınlar və onların qanuni fəaliyyətinə mane
olmasınlar.
hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə
Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, bu, müstəqil QHT-lərə
basqıdır: “Sanki bir dalğa başlayıb. Müstəqil QHT-lərə basqı edirlər.
Gəldik ki, RATİ-yə olan basqının səbəbini öyrənək. Hüquq-mühafizə
orqanlarının əməkdaşları bizi ofisin yerləşdiyi binanın həyətinə belə
buraxmadı”.
sonra polis əməkdaşları RATİ-nin ofisinə girməyi bacarıblar. Ofisdə
qalan əməkdaşlar çölə çıxarılıb və yoxlamalara başlanılıb.
Hüquq-mühafizə orqanları axtarışlarla bağlı jurnalistlərə heç bir
açıqlama verməyiblər.
TV xəbər verib ki, RATİ sədrinin bank hesablarına və ölkədən çıxışına
da qadağa qoyulub. O, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə
İstintaq İdarəsinə aparılıb.
verib ki, E.Hüseynovun telefonuna zəng çatmır: “RATİ əməkdaşlarının
onunla telefon əlaqəsi yaratmaq cəhdləri saatlardır ki, nəticəsiz
qalıb”.
saatlarında bəlli olub ki, RATİ-nin ofisində araşdırma aparan
prokurorluq əməkdaşları ofisdəki bütün kompüter və sənədləri aparıblar.
Həmçinin RATİ-nin digər ofisində də axtarış aparmağa cəhd ediblər.
səfirliyindən isə musavat.com-a bildirilib ki, Emin Hüseynov ABŞ
səfirliyində ümumiyyətlə olmayıb. Qəzetimiz çapa gedənə qədər onun yeri
və taleyi haqda dəqiq məlumat yox idi.
media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda azad media
fəallarına və təşkilatlarına qarşı təqiblərin intensivləşməsindən
hiddətlənib.
kimliyi bilinməyən bir qrup şəxs Reportyorların Azadlığı və
Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisinə daxil olmağa çalışdığı vaxt
Prokurorluğun nümayəndələri RATİ-nin rəhbəri Emin Hüseynovun anasının
evində axtarış aparıblar və onun anasının kompüterini aparıblar.
5-də isə Emin Hüseynovu Bakı Hava Limanından çıxmağa qoymayıblar. O,
İstanbula – təcili tibbi müalicə almağa gedirdi. Onun səyahətinə niyə
qadağa qoyulduğu izah edilməyib.
Azərbaycan hakimiyyətini medianı və azad səxsləri təqib etməyi
dayandırmağa çağırır və son vaxtlar Azərbaycanda baş verənləri
xatırladır:
Hacılının bank hesabları dondurulub. Ümumiyyətlə, hazırda Azərbaycanda
10-dan çox media nümayəndəsi həbsdədir”.
Azərbaycanda ifadə azadlığının gerilədiyini bildirir və Azərbaycan
hökumətini ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırır. O,
hökumətin diqqətinə çatdırır ki, jurnalistlər azad mühitdə işləyə
bilməlidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=10752