Türkiyənin yeni prezidenti Ərdoğan olacaq

09.08.2014 - 11:53

Seçki təbliğatı bunu deməyə  əsas verir 

Seçki təbliğatı bunu deməyə  əsas verir

Türkiyədə prezident seçkilərinə iki gün qalır. Namizədlərin şansları
ilə bağlı ən müxtəlif dəyərləndirmələr var. Anket sorğularına görə,
bəziləri Ərdoğanı, bəziləri isə CHP və MHP-nin namizədi İhsanoğlunu
qalib görürlər. AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi də prezident
seçkilərinin nəticələri ilə bağlı proqnozunu “Azadlıq”la bölüşüb. “İstər
bundan əvvəlki bədəliyyə seçkilərində, istərsə də prezident seçkiləri
qabağı təbliğat və təşviqat zamanı aydın görünürdü ki, AKP-nin namizədi
Türkiyə cəmiyyətinin əksəriyyətinin dəstəyini qazanacaq. Son günlərdə
keçirdiyi mitinqlər zamanı böyük izdihamla mesajlarını verməyə nail
olmuş Rəcəb Tayyib Ərdoğan daha şanslı görünür. Daha çox akademik
dairələrlə və qapalı salonlarda görüşlər keçirən İhsanoğlu isə yalnız
AKP-nin mexaniki müxalifətinin səsini alacaq.  Bundan belə nəticəyə
gəlmək olur ki, Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq”,
– deyə S.Həzi qeyd edib.

azadlıq.info    

Short URL: http://www.cumhuriyyet.net/?p=10761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31