Cəbhə qərar gözləyir
Cəbhə xəttində müharibəyə sosial sifariş var
Bu gün-sabah, ümumiyyətlə istənilən an Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri baş tuta bilər.
Görüş bu gün-sabah Rusiya rəhbəri Putinlə, bir qədər sonra isə kim bilir kiminlə keçiriiləcək.
Danışıqların keçirilmə tarixinə dair
şübhələr əsassız deyil. Qarabağ cəbhəsində böyük dəyişikliklər var.
Dövlət başçılarının öncədən razılaşdırılmış üçtərəfli görüşünə bir gecə
qalır. Gecələr isə o diyarlarda son zamanlar çox qeyri-adidir, sözün əsl
mənasında çox aydındır. Bu sayılı saatlarda orada nə baş verə
biləcəyini Bakıda, hətta Yerevan və Moskvada, ola bilər ki, Vaşinqton və
Brüseldə, az ehtimal ilə Tehran və Ankarad bilirlər, amma Bərdə, Şəmkir
və Füzulidə baş verəcəklərdən xəbərsizdirlər…
7-8 avqust biz kolleqalarımız ilə cəbhənin
Fizuli və Ağdam istiqamətinə səfər etdik. Axşam Bakıya qayıtdım,
paytaxtdakı abu-havanı hiss etmək üçün. Deməzdim ki, Bakıda Horadiz və
Quzanlı ilə müqayisədə vəziyyət həddən artıq fərqlidir, amma yenə də
burada cəbhə hiss edilmir. Hardasa uzaqlarda atəş açırlar… hardasa
uzaqlarda… Yanlış təsəvvür! Mən cəbhəyanı Tərtərdən evə 4,5 saat
ərzində avtomobil ilə gəlmişəm. Müqayisə üçün deyim ki, Bakıdakı
Jurnalistlər evinə gəlib tankdan atəş açmaq üçün 14 saat kifayətdir –
heç bir sutka da yox.
Bakı işıq saçır. O, elə işıq saçmalıdır da.
Bakı Facebook sosial şəbəkədə oturub. Bakı müharibənin mümkünlüyünü
müzakirə edir. O, nə edə bilər ki, amma ən azından artıq müharibənin
getməsi üçüncü onilliyə keçdiyini dərk etməlidir. Bakı hər iki tərəfdən
verilən itkilər barədə inildəyir, bu isə cəbhə xəttində daimi müharibə
şəraitində yaşayanlara qəribə gəlir. Bakı könüllülər hazırlayır, bu
alqışlanır. Bakı çoxdandır ki, Qarabağda müharibə edir. Baxmayaraq ki,
bəzi sakinləri boşluğa düşüb, bəziləri harınlayıb, bəziləri böyük
şəhərin işıqlarının mərmi partlayışından daha parlaq olduğunu hesab
edirlər. Bakı müxtəlifyönlüdür. Amma artıq son zamanlar Bakıda da
genişmiqyaslı müharibədən danışmağa başlayıblar.
Beləliklə, mənim bu nəşr üçün məlumat
topladığım səngərdən evə sağ-salamat gəlməyimi səmim arzu edənlər üçün
xəbər. Müharibə gedir. Düzdü tam qüvvəsi ilə deyil. Amma gedir. O, hər
gün gedir. Bu gün gecə o, çox az ehtimalla daha böyük, qanlı faciəyə
çevrilə bilər, amma o bir saniyə də olsa dayanmayıb. Bunu döyüşçülər
bilir, – bu yerli sakinlərin artıq həyat tərzidir, bunu öz gözlərimlə
gördüm.
Bakıda da son zamanlar genişmiqyaslı müharibədən danışmağa başlayıblar.
Avqust ayının 8-də, bir hissəsi işğal
altında olan Ağdam rayonunda, həm toyda, həm də yasda oldum. Şəhid
Qaryağdı Əhmədovun yası idi. Onun atası Eldar kişi, güclü insana
yaraşacaq tərzdə özünü aparırdı. Sadəcə onunla bərabər oğul böyüdüb
tərbiyə edən yoldaşına təşəkkür etdi. Oğlu ona ölümündən bir gün öncə:
“Ata sən hələ vətən üçün ömrünü verən oğlunla fəxr edəcəksən” deyib.
Toy isə Quzanlı da idi. Yüzlərlə insan. Və
“Qarabağ şikəstəsi”! Geniş miqyaslı müharibədən qorxan, daimi atəş
altında yaşayan insanlar ailə qurmazlar. Ailə qurmaq uzunmüddətli
xoşbəxt həyatı planlamaqdır…
Xoşbəxtliyi isə dinc əhali bu günlərdə
intizardan yaxa qutarmaqda görür… onlar cəbhə həyatına alışıblar…
onu qəbul da ediblər. Bu uzun illərdir ki, davam edir. Amma cəbhə
xəttində son gərginlik, əsgərlərimizin ölümü, düşmənə güclü zərbə, Ali
baş komandan İlham Əliyevin gəlişi, bu insanlarla ünisiyyəti onları bu
vəziyyətdən çıxardı. İnsanlar müharibə istəyir! İnsanlar bezdirici həyat
tərzindən yaxa qutarmaq istəyirlər! İnsanlar daima atəş səsi eşitmək
istəmirlər! Onlar bizim Bakıda yaşadığımız kimi yaşamaq istəyirlər. Hər
şeyin parıldamağını istəyirlər, Facebookda hərbi xəbərləri deyil, dəbin
son yenilikləri barədə xəbərləri bölüşmək istəyirlər, pişiklərinin
şəkillərini yayamaq istəyirlər… Bunu etməyə isə yalnız müharibə
qadirdir…
Həm də bu vacibdir! Söhbət etdiklərimin
arasında heç kim müharibənin məğlubiyyətlə bitəcəyini bir saniyə olsun
belə düşünmür. Onun uğurla bitəcəyinə böyük əminlik var. Heç kim evini
tərk etməyi fikirləşmir, heç kim bunu heç ağlına da gətirmir… ata
şəhid oğlu ilə fəxr edir, yeni evlənənlər uşaq haqqında düşünürlər…
Cəbhə xəttində müharibəyə sosial sifariş var.
Mən ön cəbhədə səngərlərdə oldum. Əvvəldə
demişəm yenə də təkrar edirəm: ön cəbhədə çağırış əsgərləri yox,
müqavilə ilə döyüşənlər olmalıdır… Mənə orada olan gənclərin dayanmaq
istəmədiyini görmək qorxulu idi. Onlar irəli getmək istəyirlər. İki
oğlanın getmə səbəbi var idi: birinin qardaşının, birinin isə bacısının
toyu idi. Hər ikisi mövqedə qaldılar: dostları ilə qalmağı üstün
tutdular, əgər döyüş başlasa burada olmaq istəyirdilər…
Bu günlərdə iri bəlkə də orta miqyaslı
döyüşlər oldu. İtgilərimiz var. onlaırn sayını heç kim gizlətmir. Amma
bizimkilər daha güclü zərbə vurdular. Əgər ilk günlərdə özünü göstərsə
də son günlər səngərdən “Molla, atəşi dayandır” deyə xahiş edirdilər.
Orda hər şey eşidilir. Biz olduğumuz səngərdən erməni səngərinə bir
qarış yoldur…
Hərbi hissələrimizin necə təchiz edildiyini,
hərbçilərimizin təichizatını, onlaırn məişətini, gözlərindəki qığılcımı
gördüm. Sadəcə əmr: və onlar həyat üçün ölümə gedərlər!
Hələlik cəbhə xəttində lokal döyüşlər gedir.
Atışmalar səngiyib. Nə bizimkilər, nə də ermənilər heç nə əldə
etməyiblər. İtgilər var amma mövqelər dəyişməyib.
Döyüşçülər və yerli sakinlər dəyişikliklərin
olmasına inanırlarmı? Sual düzgün qurulmayıb… Gözləyirlər… Hətta
əgər bu gün və ya sabah da olmasa… Amma belə psixoloji durum heç vaxt
olmamışdı…
Short URL: http://www.cumhuriyyet.net/?p=10763