Qapanlıda jurnalistlər atəşə tutuldu

09.08.2014 - 13:07

İki günlük fasilədən sonra cəbhə xəttində yenidən güllə səsləri
eşidilib. Ötən gecə Tərtərin Qapanlı kəndi Ermənistan silahlı qüvvələri
tərəfindən iriçaplı silahlarla atəşə tutulub.
Həmin
vaxt kənddə vəziyyətlə bağlı reportaj hazırlamaq istəyən jurnalistlər
də az qala erməni gülləsinə tuş gəlib. Ermənilər bu dəfə ordumuzun
mövqelərini deyil, yaşayış məntəqələrini atəşə tutuublar. Gecə saat 3
radələrində başlayan atışmada əsasən iriçaplı silahlardan istifadə
olunub. keçirilib.
Xoşbəxtlikdən xəsarət alan
olmayıb. Lakin jurnalistlər sözün əsl mənasında çətin anlar yaşayıblar.
Qısa fasilədən sonra onlar kəndin mərkəzindəki bir köhnə tikiliyə
girərək güllədən daldalana biliblər.
Xatırladaq
ki, bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra ilk dəfə olaraq,
ötən gecə yaşayış məntəqəsi atəşə tutulub. (teleqraf.com)
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=10764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31