Gözəgörünməzlər erası başladı
Təcrübəni vəhşi adlandırmaq da olardı, lakin elmin inkişafı üçün əhəmiyyəti böyükdür
Kaliforniyalı alimlər şəffaf siçan yaradıblar. Təcrübəni vəhşi
adlandırmaq da olardı, lakin elmin inkişafı üçün əhəmiyyəti böyükdür.
Təcrübənin birinci mərhələsində siçanları yuxuya veriblər. Bundan sonra
canlının qan sisteminə xüsusi gel daxil edilib. Həmin gel yağları əridib
və bütün əzələləri işıqlandırıb. Bunun sayəsində üç gün ərzində ürək,
mədə və ağciyərlər işıqlanıb. Bədənin digər hissəsi isə növbəti iki
həftə ərzində şəffaf olub.
Alimlər hesab edirlər ki, bu texnologiyanın sayəsində canlı
orqanizmdə gedən prosesləri daha dəqiq öyrənmək olar. Misal üçün,
periferik sinirlər və orqanların koqnitiv proseslərə birbaşa və əks
təsiri öyrənilə bilər. Beləliklə, orqanizmdə baş verən hadisələri canlı,
gözlə görmək mümkün olacaq. Bu da bir sıra nevroloji xəstəliklərin
müalicəsi üçün olduqca faydalıdır. (milli.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=10769