Sabah Azərbaycanda 32-37 dərəcə isti olacaq

09.08.2014 - 16:35

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi
gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun
direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki,
mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti
müşahidə olunacaq. Lakin gecəyə doğru bəzi dağlıq və dağətəyi rayonlarda
şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=10770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31