Azərbaycanda susuzluğa görə taxıl azalıb

09.08.2014 - 17:25

Vahid Məhərrəmov: “İcra hakimiyyətləri indiyədək də rəqəmləri
şişirib taxıl sahəsini çox göstərirdilər ki, büdcədən subsidiya
alsınlar”

Azərbaycanda bu il 400 min ton az taxıl istehsal olunub. Bunu
“modern.az”a taxıl yığımının başa çatması haqda danışan Milli Məclisin
Aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov deyib. Onun sözlərinə
görə, məhsuldarlığın aşağı olması quraqlıqla əlaqədardır. Yəni, su
qıtlığı səbəbindən məhsuldarlığın aşağı düşməsi ümumi yığımda özünü
göstərib.

Eyni zamanda, ekspert bu halın təhlükəli olmadığını deyib. Onun fikrincə, məhsulun aşağı olması idxalı artıracaq.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov isə “Azadlıq”a açıqlamasında taxılçılıq sahəsində rəqəmlərin indiyədək
şişirdildiyini bildirib. Onun sözlərinə görə, yerli icra hakimiyyətləri
rəqəmləri şişirib taxıl sahəsini çox göstərərək, bunun müqabilində
dövlət büdcəsindən subsidiya alırlar. Ekspert həmin subsidiyanın
yerlərdə bölüşdürüldüyü barədə yetərincə məlumat və faktların olduğunu
bildirir: “Taxıl sahələrini süni şəkildə genişləndirərək, istehsalı
şişirdiblər. Bu da əvvəlki illərdə təxminən 2 milyon 900 min tondan
artıq taxıl istehsal olunduğunu göstərməyə imkan verib. Ümumiyyətlə, bu
il istehsala diqqət yetirilmədi. Çünki nazir yeni olduğu üçün başqa
işlərə diqqət elədi. Yəni, köhnə işləri qaldırmağa başı qarışdı. Amma bu
sahəyə daha çox fikir vermək lazım idi”.

Ekspert fermerlərin sudan əziyyət çəkdiyini, onların aqrotexniki
qaydalara vaxtında əməl edə bilmədiyini, gübrəylə bağlı problemlərin
olduğunu və zərərvericilərə qarşı mübarizə apara bilmədiklərini
söyləyir. Bütün bunlar isə taxılçılığın məhsuldarlığını aşağı salır.
V.Məhərrəmov  Azərbaycanda 1 milyon 300 min hektar sahənin suvarılan
ərazi olduğunu vurğulayaraq, orada əsasən taxıl əkildiyini bildirir. Bu
mənada, quraqlığın taxıl istehsalına mənfi təsir göstərdiyini deməyin
heç bir əhəmiyyəti yoxdur:

“Bu gün mövcud problemləri açıb ortaya qoymaq əvəzinə, əsas fikri
yayındırırlar. Əslində, çox ciddi problem idarəetmədə və sadaladığım
digər məsələlərdədir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=10773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31