Ermənilərin 3 kəndi boşalıb
Cəbhə xəttində yaranan gərginliklərdən sonra erməni işğalında olan sərhəd kəndləri demək olar ki, boşaldılıb”.
Bunu
AzNews.az-a Tovuz rayonundakı N saylı hərbi hissənin yüksək rütbəli
zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını
almaq üçün Azərbaycan Ordusunun qarşı tərəfi gülləboran etməsindən sonra
həmin kəndlərin sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.
Zabit
bildirib ki, əsgərlərin müşahidəsinə əsasən Tovuzla üzbəüz olan,
ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar,
Masasxek kəndləri demək olar ki, boş qalıb: “Əhalinin 90 faizi qaçıb”.
O,
bizim sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk
etmək, əksinə öz şəraitlərinin daha da yaxşılaşdırmaq üçün
çalışdıqlarını bildirib: “Diqqət etsəz görərsiniz ki, burada yeni evlər
tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidən
kimi evlərini tərk etmir. Əksinə, bu günlərdə buranın sakinləri, xüsusən
də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək
istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi
adamı heyran edir”
Short URL: http://www.cumhuriyyet.net/?p=10776