Putin: "Qarabağ məsələsi üzərində işləməkdə davam edəcəyik"

10.08.2014 - 18:48

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ
münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunmuş Soçi görüşü
başa çatıb

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ
münaqişəsinin həlli yollarının müzakirəsinə həsr olunmuş Soçi görüşü
başa çatıb.

Virtualaz.org BBC-nin rus xidmətinə istinadən
xəbər verir ki, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj
Sərkisyan sonda belə ümumi qənaətə gəliblər ki, Qarabağ problemi yalnız
dinc danışıqlar yolu ilə həll edilməlidir.

*   *   *17:17

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq
formatlarına hörmətlə yanaşır və həmin danışıqlarda bundan sonra da
iştirak edəcək. Amma Rusiya Azərbaycan və Ermənistanla ikitərəfli
münasibətlərinin xüsusi xarakterindən münaqişəni həll etmək üçün
yararlanmağı da planlaşdırır”.

Bunu da Soçi görüşündə Vladimir Putin deyib.

Rusiya prezidenti daha sonra bildirib: “Biz bütün beynəlxalq
formatlara ehtitamla yanaşırıq və bütün həmkarlarımızla birgə Qarabağ
məsələsinin həlli üzərində işləməkdə davam edəcəyik. Bizim xüsusi və
yaxın münasibətlərimiz var, keçmiş münasibətlərimizin tarixi uzağa
gedir. Bu da bizə hazırda harada olmağımız və irəli getmək, keçmişdən
miras qalan problemləri həll etmək üçün nə etmək lazım olması barədə
açıq və səmimi fikir mübadiləsi aparmağa imkan yaradır”. 

*   *   *16:41

“Ermənistanda da, Azərbaycanda da Qarabağ münaqişəsini dinc yolla həll etmək üçün xoş məram var”.

Virtualaz.org  Rusiya KİV-lərinə istinadən
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Azərbaycan və
Ermənistan prezidentləri ilə bu gün Soçidə keçirdiyi üçtərəfli
danışıqlar zamanı bəyan edib.

“Mən böyük məmnuniyyətlə bəyan edirəm ki, Azərbaycan prezidenti
problemi dinc yolla həll etməyin vacibliyinə diqqət yetirdi. İndi isə
siz (Ermənistan prezidenti Serj Sərkisyanı nəzrədə tutaraq-red.) bu
haqda öz fikrinizi dediniz. Bu, əslində ən başlıca məsələdir. Çünki
insanların ölümündən də böyük faciə ola bilməz. Xoş niyyət varsa,
istənilən mürəkkəb məsələni həll etmək olar. Mənə elə gəlir ki, belə bir
xoş məram həm Azərbaycan, həm də erməni xalqlarında var.

Dağlıq Qarabağ problemi bizə keçmişdən, Sovet İttifaqından miras
qalıb. Bu problemin həll yolunu tapmaq üçün təmkin və müdriklik
göstərməli, bir-birimizə hörmətlə yanaşmalıyıq” – deyə V.Putin bildirib.

V.Putin onu da xatırladıb ki, üç dövlət başçısı dünən axşam sambo
yarışlarına baxmağa gedəndə üçlükdə qeyri-rəsmi şəkildə də danışıblar.
Onun sözlərinə görə, bu da ən ağır mövzularda açıq, səmimi söhbət etmək
üçün müəyyən pozitiv atmosfer yaradır.

“Qarabağ məsələsi öz həllini tələb edir. O, çox uzandı. Ümid
edirəm ki, cənab Putinin bu prosesdə şəxsi iştirakı danaışıqlara yeni
təkan verəcək.

Qeyd etdiyiniz kimi, artıq danışıqların formatı mövcuddur.
Həmçinin münaqişənin həlli üçün hüquqi baza var. BMT erməni işğalçı
qüvvələrinin Azərbaycan ərazilərindən danışıqsız çıxmasını tələb edən 4
qətnamə qəbul edib. O vaxtdan 20 il keçir. Amma həmin qətnamələr təəssüf
ki, elə kağız üzərində də qalır…

Məncə, Rusiya bizim yaxın dostumuz, tərəfdaşımız və qonşumuz
kimi tənzimlənmə prosesində xüsusi rola malikdir. Ümid edirik ki, yaxın
vaxtlarda dinc yolla, danışıqlar yolu ilə problemin həll variantını
tapacağıq. Bu həll yolu da həm beynəlxalq norma və prinsiplərə uyğun
gələcək, həm də ədalətli olacaq”
– deyə Azərbaycan prezidenti İlham Əliyev danışıqlar zamanı çıxışında V.Putinə xitabən bildirib.

“Mən hesab edirəm ki, münaqişə həll edilməlidir. Münaqişənin
isə ATƏT-in irəli sürdüyü prinsiplər əsasında həlli mümkündür” – bunu
isə Ermənistan prezidenti Serj Sərkisyan Soçidə prezidentlərin üçtərəfli görüşündə deyib.
Serj Sərkisyan daha sonra Azərbaycanı ittiham edib: “Azərbaycan
tərəfi həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrindən söz açır.
Azərbaycanın özü o qətnamələrin hansı maddələrini həyata keçirib?
Ermənistan isə o qətnaməyə uyğun olaraq döyüş əməliyyatlarını
dayandırıb. Biz əgər 1990-cı illərə qayıtsaq, deyə bilərik ki, o vaxtlar
kiməsə yaxşı olub, kiməsə pis, bunları deməyin yeri yoxdur. Əgər
yenidən bir-birimizi ittiham etsək, bu münaqişə öz həllini tapmayacaq”.
Ermənistan prezidenti sonda görüşün təşkil edilməsi üçün Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib. 

Qeyd edək ki, prezidentlərin danışıqları üçtərəfli formatda davam
edir. Sonradan nümayəndə heyətlərinin də danışıqlar prosesinə qoşulacağı
gözlənilir.

*   *   *16:10

Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti
Vladimir Putin və Ermənistan prezidenti Serj Sərkisyan arasında
üçtərəfli Qarabağ danışıqları başlayıb.

Virtualaz.org  xəbər verir ki, danışıqlar Rusiya prezidentinin Soçidəki “Boçarov ruçey” iqamətgahında keçirilir.

“Üç dövlət başçısının danışıqları Dağlıq Qarabağda vəziyyətin
gərginləşməsi fonunda keçirilir. Atışma nəticəsində hər iki tərəfdən
itkilər olub” – deyə “RİA Novosti” prezidentlərin görüşü barədəki
xəbərində bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=10796

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31