"Yeni Azərbaycan" BBC-ni hədəfə aldı

11.08.2014 - 12:22

Hakim partiyanın qəzeti bu media quruluşunu Azərbaycana qarşı təxribatda ittiham etdi

Hakim partiyanın qəzeti bu media quruluşunu Azərbaycana qarşı təxribatda ittiham etdi

Hakim Yei Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni
Azərbaycan” qəzeti Böyük Britaniyanın nüfuzlu media quruluşu olan
BBC-nin Azərbaycan xidmətini hədəfə alıb. Qəzetin dünənki sayında “BBC
Azərbaycanca”nın fəaliyyətilə bağlı ittiham dolu məqalə dərc olunub.
Məqalənin bəzi hissələrini təqdim edirik:

“BBC Azərbaycanca” dövlət başçısının fikirləri ətrafında spekulyasiya
yaradaraq ictimai rəylə manipulyasiya edir Yeri gəlmişkən, Azərbaycanda
da fəaliyyət göstərən “BBC Azərbaycanca” həm ictimai rəylə
manipulyasiya etmək, həm də yerli qanunvericiliyə, ümumiyyətlə
beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərmək kimi çoxsaylı
neqativ hərəkətlərin altına imza atıb. 

Bu kontekstdə son olaraq “BBC Azərbaycanca” öz internet səhifəsində
Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin rəsmi “Twitter”
mikrobloqunda Ermənistan ordusunun son günlər ərzində
Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində
törətdiyi təxribatçı hərəkətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dövlətimizin mövqeyinə dair paylaşdığı fikirlər ətrafında
spekulyasiya yaradıb və təhriflərə yol verib. Hətta ermənilərin
təxribatçı, beynəlxalq hüquq normalarına zidd fikirlərinə “BBC
Azərbaycanca”nın məsələ ilə bağlı hazırladığı xəbərdə xüsusi yer
verilib. Qeyd edək ki, dövlətimizin başçısının rəsmi “Twitter”
mikrobloqunda yer alan fikirlər Azərbaycan Prezidenti Ilham Əliyevin
Ağdam və Bərdə rayonlarına səfəri zamanı səsləndirilib.

Azərbaycan xalqı və dövlətinin öz ərazi bütövlüyü uğrunda qətiyyətli
mübarizə ruhuna malik olması nəyə görə “BBC Azərbaycanca”nı narahat
edir?

…Bu məqamda qeyd etmək yerinə düşər ki, bəs “BBC Azərbaycanca”da
çalışan azərbaycanlılar nəyə görə bu qurumun xalqımız və dövlətimizə
qarşı təxribatçı fəaliyyətini, ermənilərlə sinxron işbirliyini qəbul
edir, hər hansı bir etiraz etmirlər? Onlar, ən azından, vətəndaşlıq
məsuliyyətini, vətənpərvərlik hissini, milli-mənəvi dəyərləri əsas
tutaraq konkret mövqe bildirməlidirlər. Bu, ən azından, kütləvi istefa
və ya digər formalarda etirazlar olmalıdır. Axı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqının davası, milli
problemidir. Və ermənilər tərəfindən törədilmiş vəhşiliklər bütövlükdə
xalqımızın faciəsidir. Bəlkə, orada çalışanların da yaxınları, qohumları
erməni vəhşiliklərinin, xalqımıza qarşı həyata keçirilən soyqırımının
qurbanı olublar. Belə olan halda, “BBC Azərbaycanca”nın Azərbaycan
dövlətinə və xalqına qarşı çevrilmiş, ermənilərin maraqlarına xidmət
edən mövqeyinə etiraz etməmək nə dərəcədə milli hiss və dəyərlərə,
vətənpərvərlik duyğusuna uyğundur?!

Short URL: http://www.cumhuriyyet.net/?p=10807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31