"Rüşvət məhkəməsi" diplomatik qalmaqala çevrilə bilər
Məhkəmə Elman Rüstəmovun dindirilməsində israr edir

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Avstriya ilə Azərbaycan
arasında diplomatik qalmaqala səbəb ola bilər. Avstriya Mərkəzi Bankının
“Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı
törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına
dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi
bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işində Elman
Rüstəmovun da adı keçir. Hazırda bu cinayət işi ilə məhkəmədə
araşdırılır. Məhkəmədə Elman Rüstəmovun dindirilməsi zərurətə çevrilib.
Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə
dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Azərbaycan
hökuməti vəchlə Elman Rüstəmovu bu prosesdən təmiz çıxarmaq istəyir.
Lakin məhkəmə baş bankirin dindirilməsində israrlıdır. Və bu məsələ ilə
bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacaq. Azərbaycan
XIN-nin bu müraciətə müsbət cavab verəcəyi inandırıcı görünmür. Bu isə
ilk ölkə arasında diplomatik qalmaqala səbəbə ola bilər.
Qeyd edək ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və
Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə
görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə
Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov
və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14
milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul
çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi
qaytarılıb.
Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub.
Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul
əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı
Volfqanq Duçazek də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=10812